1 sotdan 500-800 manat gəlir əldə edirlər
Tovuz sakinləri hər il əkin sahələrindən bol məhsul yetişdirməklə respublikamızın əhalisinin ikinci çörək adlandırılan kartofla təmin edilməsi üçün əllərindən gələni əsirgəmirlər.
Keçən il 170 min tondan artıq kartof istehsal edən və hər hektardan 230 sentner məhsul götürən tovuzlu fermerlər bu il nailiyyəti xeyli artırmaq fikrindədirlər. Artıq bir neçə gündür ki, kartof əkininə başlanmışdır.
Havaların əlverişli keçməsindən maksimum istifadə edib hər gün sübh tezdən sahələrə çıxır, əkini optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar. Əkində əsasən Gədəbəydən və Ukraynadan gətirilən kartofa daha çox üstünlük verilir.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Rəhman Qasımov bildirdi ki, fermerlərin bir çoxu əkini başa çatdırmaq ərəfəsindədirlər.
Ən çox kartof əkini Əyyublu, Düz Qırıqlı, Alakol, Bozalqanlı kəndlərində və Qovlar şəhərində aparılıb. Dağ kəndlərində - Kirən, Böyükqışlaq, Çeşməlidə isə əkin yaz aylarında aparılacaq. Rayonda kartofçuluqla məşğul olan fermerlərin sayı da hər il artır.
Gələcəkdə kartof sahələrini 7 min hektara çatdırmaq qarşıya məqsəd qoyulub. Bunun üçün əsas diqqət dağ kəndlərinə verilib. Hazırda mütəxəssislər belə kəndlərin kartof istehsalı ilə bağlı imkanlarını araşdıraraq təkliflər hazırlayırlar.
Ən çox kartof əkən təsərrüfatlardan birinə Bozalqanlı kəndində Kamal Əsgərov başçılıq edir. Yüksək göstəricilər əldə edən fermer istehsal etdiyi məhsulun saxlanmasında və satışında heç bir problemlə üzləşmir. Bunun üçün iki soyuducu anbar inşa etdirmişdir. Lazımi qədər texnikası var. Bütün işlər də texnika vasitəsilə görülür. Bu da məhsulun maya dəyərini aşağı salır.
Payız və qış mövsümündə də kartof yetişdirilməsinə diqqət yetirilir. İstixanalarda kartof yetişdirilməsində Düz Qırıqlı kəndi xüsusilə ixtisaslaşıb. Şumlanmış sahəyə kartof əkildikdən sonra üstü ikiqat sellofanla örtülür. Göyərəndə gövdəsi doldurularaq suvarılır. Əsasən noyabr ayının əvvəllərindən başlanan əkin yanvarın əvvəllərinədək davam edir. Mart ayından may ayınadək isə torpaqdan çıxarılır. Həyətyanı sahələrdə yetişdirilən məhsulun məhsuldarlığı çox olur. Belə ki, hər hektardan 1 tona yaxın kartof götürülür.
Kəndlilər deyirlər ki, məhsulun yetişmə vaxtı elə bir dövrə düşür ki, bazarda qiyməti xeyli yüksək olur. Mövsum vaxtı kartofun bir kiloqramı 1 manata və daha yüksək qiymətə satıldığından maya dəyəri çıxıldıqdan sonra hər bir kənd sakini 1 sot əkin sahəsindən 500-800 manat gəlir əldə edir.
Ümumiyyətlə, rayonda hər il yüksək kartof əldə edən fermer təsərrüfatları çoxdur. Onların əksəri bu il əkin sahələrini xeyli artırmışdır. Bozalqanlı kənd sakini Qabil Mehralıyev 57 hektarda, Alakol kənd sakinləri Saləddin Əliyev 20 hektarda, Xəyal Məmmədov 5 hektarda, Dönük Qırıqlı kənd sakini Rəfael Məmmədov 3 hektarda kartof əkmişdir.
© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























