“Nar” satış nöqtələrinin və “Yerlim”lilərin sayı açıqlandı
“Nar” ölkə üzrə bütün satış təmsilçiləri ilə ilin nəticələrinə həsr olunmuş görüş keçirib.
Görüşün əsas məqsədi ötən ildə əldə edilmiş nailiyyətlərin müzakirəsi və 2018-ci ildə “Nar”-ın satış strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi idi. Görüş zamanı ötən il bütün ölkə boyunca satış nöqtələrinin sayının artaraq 1647-yə çatdırıldığı qeyd olundu.
Bölgələrdə yaşayan “Nar” abunəçilərinə xüsusi diqqətin ayrılması və onlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi satış strategiyasının əsas istiqamətlərindən biri oldu. Paytaxt Bakı ilə yanaşı, bölgələrə də önəm verən “Nar” ötən il ərzində regionlarda satışın təşviqi məqsədilə təşkil olunmuş 50-dən çox tədbir keçirib. Nəticədə, “Nar”-ın bölgələr üçün xüsusi hazırladığı “Yerlim” tarifinə yalnız 2017-ci ildə 256 min nəfər qoşulub.
Satış təmsilçiləri ilə görüş zamanı öz fikirlərini bölüşən “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yüksəkkeyfiyyətli xidmətin və effektiv satış strategiyasının şirkət üçün vacibliyini qeyd etdi:
“Nar” abunəçilərinin istək və tələblərini hər zaman rəhbər tutaraq Azərbaycan mobil rabitə bazarında keyfiyyətli məhsulları sərfəli qiymətə təklif edir. Şəbəkəmizə sərmayə yatıraraq abunəçilərimizi yüksəkkeyfiyyətli xidmətlə təmin edirik və bu da, öz növbəsində, “Nar”-a yeni müştərilər cəlb edir. Biz ən yaxşı müştəri təcrübəsini təmin etmək məqsədilə sadə və çevik həllər vasitəsilə satış kanallarımızı daha da gücləndiririk”.
Yerli rabitə bazarında irəli sürülən yeni məhsullar, genişləndirilmiş şəbəkə və sərfəli qiymətlər nəticəsində artan müştəri tələbatını qarşılamaq üçün “Nar” satış kanallarının daha çox müştəriyə daha asan xidmət göstərməsini təmin edir.
“Nar”-ın bütün məhsul və xidmətləri haqqında nar.az saytından ətraflı məlumat əldə etmək olar.
“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
3 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
8 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
10 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi






















