"Milyonlarla dollar gəlir götürmək mümkündür"
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatı ilə bağlı prioritet istiqamətlərə toxunarkən respublikamızda tütünçülüyün inkişaf etdirilməsinin vacibliyindən də danışıb. Bu istiqamətdə tədbirlər görüldüyünü bildirən dövlətimizin başçısı keçən il 3500 ton quru tütün tədarük edildiyini xatırladaraq deyib: “Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir”.
Yerli xam tütünün istehsalına üstünlük verilməsi idxalın azalmasına səbəb olar
Prezident İlham Əliyevin tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı söylədiyi fikirlərin tütünçülüklə məşğul olan fermerləri həvəsləndirdiyini deyən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, ekspert Bəhlul Abbasov bildirib ki, yerli xam tütünün istehsalına üstünlük verilməsi idxalın azalmasına səbəb olar, tütün və tütün məhsulları ixracı çoxalar. Bunun üçün tütün istehsalçılarının kooperasiyası, həmçinin tütün emalı və siqaret istehsalı fabrikləri, pilot tütünçülük təsərrüfatları yaradılmalıdır.
Əkin sahələri iki dəfədən çox artırılacaq
Bəhlul Abbasov tütünçülüyün inkişaf strukturunun təkmilləşdirilməsinə, klasterlərin yaradılmasına ehtiyac olduğunu deyib. O, tütünün respublikamızda son məhsula qədər emal olunmasının vacibliyinə diqqət çəkərək bildirib ki, respublikamızda 7 tütün emalı müəssisəsi fəaliyyət göstərir, “European Tobacco” tütün kombinatı, Zaqatalada və Naxçıvanda siqaret istehsal edən fabriklər mövcuddur. Təkcə xammal deyil, hazır siqaret məhsulları da ixrac edilməlidir. Bunun üçün imkanlar, torpaq-iqlim şəraiti, kifayət qədər işçi qüvvəsi var. Əgər belə struktur formalaşarsa, tütünçülükdən milyonlarla dollar gəlir götürmək mümkün olar.
Ekspert qeyd edib ki, ötən il ölkə ərazisində 2500 hektar sahədə tütün əkilibsə, cari ildə bu rəqəmdən iki dəfədən çox tütün əkini planlaşdırılır.
İxtisaslaşdırılmış toxumçuluq sistemi qurulmalıdır
Son 20 ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yüksək keyfiyyətli və xəstəliklərə davamlı bir çox tütün sortlarının yaradıldığını deyən B.Abbasov bildirib ki, vaxtilə ölkəmizdə 17 min hektar ərazidə tütün əkilirdi və əkinin 75 faizini institutun rayonlaşmış sortları təşkil edirdi. “Hər il 60 min ton tütün istehsal olunurdu ki, bunun da 50 min tonu emal müəssisələrində fermentasiya edilərək Rusiya fabriklərinə satılırdı. Nəticədə dövlət büdcəsinə xeyli vəsait daxil olurdu. Lakin bu gün tütün əkini əsasən xarici sortlar əsasında aparılır. Qeyd etmək istərdim ki, hazırda institutumuzda bu istiqamətdə də lazımi iş görülür. Məhsuldarlıq potensialı hektardan 30-35 sentner olan “Zaqatala-67”, “Zaqatala iriyarpaqlısı”, “Zaqatala-1” sortları, hektardan 20-25 sentner məhsul verən “Zaqatala Dübeki”, yarımətirli “Trapezond-1” sortları rayonlaşdırılıb və bu sortların ilkin toxumçuluq işləri aparılıb”, - deyə o vurğulayıb.
Dünyada mövcud olan 5 tütün tipinin 4-nün vaxtilə Azərbaycanda əkildiyini xatırladan B.Abbasov qeyd edib ki, fermerlərin yüksək reproduksiyalı “super elit”, “elit” və 1-ci sinif toxumlara olan tələbatını ödəmək məqsədilə ixtisaslaşdırılmış toxumçuluq sisteminin qurulması da vacib şərtlərdən biridir.
© Azərtac
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
-
3 saat əvvəl
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvanda Azərbaycanın əsas hissəsilə quru əlaqəsini təmin edəcək xəttin yenidən qurulması davam edir
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Ən çox oxunanlar
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq




















