Azərbaycan şərabları Bolqarıstanda bəyənildi
Bolqarıstanda “VİNARİYA 2018” sərgisi çərçivəsində Azərbaycan istehsalı şərab və spirtli içkilərin təqdimatı keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, təqdimat “Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliğinin davamı olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyi, “Tovuz Baltiya” LTD və “İsmayıllı Sharab-2” ASC şirkətlərinin birgə təşkilatçılığı ilə Bolqarıstanın Plovdiv şəhərində baş tutmuş “VİNARİA” 26-cı Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində keçirilib.
Bolqarıstanın şərabçılıq və spirtli içkilər üzrə eksperti tərəfindən aparılmış təqdimat zamanı ölkəmiz haqqında ətraflı məlumat verilib, Azərbaycanın spirtli içkilər və şərabçılıq tarixi, içkilərin müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərab və içkilər haqqında ətraflı məlumat verilib. Təqdimatla yanaşı “Tovuz Baltiya” LTD şirkətinin “Tovuz Nar”, “Pomegranate Wine” və “AzerNar” nar şərabları, “Tovuz Granatium” brendisi və “Tovuz Al-Kuhulu Ayva” heyva arağı, “İsmayilli Sharab-2” ASC-nin “Chabiant Vino Nuovo” və “Chabiant Madrasa” şərabları, “Aspi Agro” MMC-nin “Savalan” şərabları və “Agro-Azerinvest” LTD şirkətinin “Gold Baku” konyakının dequstasiyası keçirilib.
Təqdimat zamanı xüsusi diqqət Azərbaycanda yetişdirilmiş yerli üzüm sortlarından hazırlanan şərablara və Bolqarıstan üçün səciyyəvi olmayan nar, heyva, alma, qarpız, tut və digər meyvələrdən hazırlanan şərab və spirtli içkilərə ayrılıb. Bundan əlavə, Ermənistan istehsalı kimi təqdim olunan bir sıra içkilərin məhz Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yetişdirilmiş məhsuldan hazırlandığı iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə iştirakçı qismində Bolqarıstanın şərab və spirtli içkilərinin istehsalçıları, mütəxəssislər, içkilərin Bolqarıstanda satışını həyata keçirən mağaza və ticarət şəbəkələrinin nümayəndələri iştirak ediblər. Təqdimat böyük marağa səbəb olub, təqdim olunan içkilər iştirakçılar tərəfindən bəyənilib.
“VİNARİYA 2018” sərgisində, həmçinin, Azərbaycanın “Aznar” şirkətinin istehsal etdiyi məhsulların (nar şirəsi, narşərab, narın digər meyvələr ilə qarışıq şirəsi) Bolqarıstana idxalını həyata keçirən “Naturalis” şirkəti stendlə çıxış edərək sözügedən məhsulların satışını həyata keçirib.
Sözügedən sərgi Bolqarıstanın ikinci ən iri şəhəri olan Plovdivdə illik əsasda keçirilən aqro-biznes, kənd təsərrüfatı, qida və şərab sahələrini əhatə edən unikal meqa-forumun bir hissəsidir. Cari ildə 33 ölkədən 700 şirkətin qatıldığı bu meqa-forumu 5 gün ərzində 47000 insan ziyarət edib. “VİNARİYA 2018” zamanı təşkil olunmuş dequstasiyalarda 63183 qədəh istifadə olunub ki, bu da Bolqarıstanda keçirilən bütün tədbirlərin rekordunu vurub.
Qeyd olunmalıdır ki, ötən il keçirilmiş “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş “Winery 2017” şərab müsabiqəsində “Gəncə şərab 2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərab müsabiqənin “köhnə üzüm yığımı olan qırmızı şərablar” kateqoriyası üzrə gümüş medal və sertifikata layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
7 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























