Bankların balansında olan əmlaklar satışda
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard”, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 60 lot üzrə satışa çıxarır. Bu barədə "Marja"ya Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
27 lot üzrə əmlak ilk dəfə hərraca çıxarılır, 20 lot üzrə əmlak ikinci dəfə, 13 lot üzrə əmlak isə üçünçü dəfə hərraca çıxarılır.
Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia”, 2 ədəd “Mitsubishi Lancer”, 5 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri, 2 ədəd bankomat, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac 27 mart 2018-ci il tarixində keçiriləcək.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi ikinci dəfə hərraca çıxarılacaq.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd “Lexus LS460” avtomobili və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ilk dəfə isə çıxarılıb.
Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 3 aprel 2018-ci il tarixində keçiriləcək.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.
Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















