Azərbaycanda icbari sığortaların sayı artacaq
Azərbaycanda bəzi sığorta növəri icbari olacaq.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, artıq bununla bağlı ASA təkliflər hazırlayır:
"Məsələn, əmlak sığortası icbari olsa da, əhatə dairəsi çox kiçikdir. Azərbaycanın əmlak sığorta bazarı 250 milyon manat həcmində proqnozlaşdırılsa da, bu sahədə yığımlar cəmi 15-20 milyon manat təşkil edir. Bu o deməkdir ki, 10%-dən az əhatə dairəsi var. Ona görə də çalışacağıq ki, bu sahədə tətbiq faizini artıraq".
M.Abbasbəyli bildirib ki, bundan əlavə, bazardan olan təkliflər əsasında həkimlərin peşə məsuliyyətinin sığortasının icbariləşməsi üzərində çalışılır:
"Təkcə Azərbyacanda deyil, bütün dünyada həkim səhvindən zərərçəkənlər var və şəxslər maddi təminatı ədalətli şəkildə ala bilmirlər. Ona görə də həkimlərin peşə məsuliyyətinin sığortası çox önəmlidir. Bu eyni zamanda sosial yönümlü bir istiqamətdir. Nəzərə alsaq ki, klinika bu münasibətlərin güclü olan tərəfidir. Bu baxımdan həkim səhvindən əziyyət çəkən vətəndaşlarla mübahisə yarandıqda məhkəmələr daha çox onların xeyrinə həll olunur. Ona görə də bu sahə sosial baxımdan çox önəmlidir".
M.Abbasbəyli əlavə edib ki, digər istiqamətlərdən biri kənd təsərrüfatı sığortası ola bilər:"Türkiyədə TARSİM-in Azərbaycanda tətbiqi ilə bağlı Palata ilə müzakirələr gedir. ASA-da bu istiqamətdə müəyyən işlər görüb, amma proses tam yekunlaşmayıb. Bunun üçün bazardan da müəyyən təkan lazımdır, bazarın da münasibəti öyrənilməlidir. İlk başladığımız layihələrdən biri də məhz kənd təsərrüfatı sığortasıdır".
KREDİT GÖTÜRƏNLƏRƏ 50% ENDİRİM EDİLƏCƏK
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)










.jpg)









