Azərbaycan İKT şirkəti Özbəkistandan sifariş aldı
Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsi nəzdində "Kompüterləşmə və Geoinformasiya Texnologiyalarının Təşviqi və İnkişafı Mərkəzi" Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi 13 fevral 2018-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilib.
Memorandum çərçivəsində Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumuna İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, informasiya texnologiyalarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi sahəsində xidmət göstərəcək. “Cybernet” şirkəti adı çəkilən dövlət qurumu üçün müvafiq sahədə konsaltinq xidmətini təmin edəcək.
Daşınmaz əmlakın qeydiyyatı və kadastr idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv fəaliyyəti məqsədilə proqram təminatı məhsulları hazırlayacaq. Eyni zamanda, ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması xidmətlərini yerinə yetirəcək.
Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlər Özbəkistan Respublikası Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsinin yerinə yetirdiyi layihələrin icrasını sürətləndirəcək. Ümumən Özbəkistanda innovativ texnologiyaların tətbiqinin genişlənməsinə, informasiya cəmiyyətinin inkişafına şərait yaradacaq.
2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti həm Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir. Cybernet bundan öncə Qazaxıstan Səhiyyə Nazirliyi üçün proqram təminatının hazırlanmasını və tətbiqini uğurla həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
48 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır

















