ABŞ-da texnologiya şirkətləri maliyyə nəticələrini açıqlayıb
Texnologiya nəhəngləri Microsoft və Intel, 2016-ci ilin oktyabr-dekabr dövrünə dair gəlir və mənfəət göstəricilərini açıqlayıb.
Microsoft-dan verilən məlumata görə, ötən ilin oktyabr-dekabr aylarını 2017 maliyyə cədvəlində ikinci rüb olaraq qəbul edən şirkətin sözügedən dövrdə xalis mənfəəti və gəliri artıb.
Şirkətin gəliri bu dövrdə 1,3 faiz artımla 24,1 milyard dollar olub. Microsoft, əvvəlki ilin eyni dövründə 23,8 milyard dollar gəlir əldə etmişdi.
2015-in oktyabr-dekabr aylarında 5 milyard dollar olan xalis mənfəətii isə 2016-nın eyni dövründə 4 faiz artımla 5,2 milyard dollara çıxıb.
Microsoft-un balansının açıqlanmasının ardından, Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda şirkətin səhminin qiyməti 1,2 faiz artaraq 65,03 dollara yüksəlib.
Intel
Intel-in də ötən ilin dördüncü rübündə gəlirlərinin artdığı bildirilib.
Şirkətdən bildiriblər ki, 2016-nın oktyabr-dekabr aylarında Intelin mənfəətinin əvvəlki ilin eyni dövrünə nisbətən 10,1 faiz artaraq 16,4 milyard dollara çatdığı bildirilib. Intel, 2015-in eyni dövründə 14,9 milyard dollar gəlir əldə etmişdi.
Həmin dövrdə Intelin xalis mənfəəti dəyişməyərək 3,6 milyard dollar olub.
Intelin səhminin dəyəri, Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda, əvvəl 2,2 faiz artımla 38,38 dollara qalxıb, daha sonra 2,5 faiz itki ilə 37,40 dollara enib.
Google və Alphabet
ABŞ-ın digər texnologiya nəhənglərindən Google və baş təşkilatı Alphabet-in ötən ilin dördüncü rübündə xalis mənfəət və gəlirləri artıb.
Alphabet-dən verilən məlumata görə, şirkətin 2016-ci ilin dördüncü rübündəki xalis mənfəəti 2015-in eyni dövrünə nisbətən 8,3 faiz artaraq 5,33 milyard dollar olub. Şirkət, 2015-in oktyabr-dekabr dövründə 4,92 milyard dollar xalis qazanc açıqlamışdı.
2015-in dördüncü rübündə 21,33 milyard dollar gəlir əldə edən Alphabet-in, 2016-nın eyni dövründəki mədaxili də 22,2 faiz artımla 26,06 milyard dollara çıxıb.
Alphabet-in tərkibində olan Google-ın xalis mənfəəti və gəlirlərində də artım qeydə alınıb.
Şirkətin 2016-cı ilin dördüncü rübündəki xalis mənfəəti 16,9 faiz artımla 7,88 milyard dollara yüksəlib. Google, 2015-in eyni dövründə 6,74 milyard dollar xalis qazanc açıqlamışdı.
Google-ın 2015-ci ilin oktyabr-dekabr dövründəki mədaxili 21,18 milyard dollar ikən 2016-nın eyni aylarında 21,8 faiz artımla 25,80 milyard dollara çatıb.
Həmçinin Google-ın reklam gəlirləri 2016-nın dördüncü rübündə əvvəlki ilin eyni dövrünə nisbətən 17,4 faiz artımla 22,40 milyard dollara çatıb. Şirkətin reklam gəlirləri 2015-in dördüncü rübündə 19,08 milyard dollar olub.
Alphabet-in 2016-nin dördüncü rübünə dair balansının bazar gözləntilərindən aşağı açıqlanması nəticəsində şirkətin səhmləri Nyu-york Birjasının bağlanmasının ardından aparılmış məhdud əməliyyatlarda 3,2% dəyər itirərək 829,52 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 saat əvvəl
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
3 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
Ən çox oxunanlar
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur






















