400-500 dollar alıb Azərbaycanda iş vəd ediblər - 89 NƏFƏR TUTULDU
Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Hindistan Respublikasının 89 vətəndaşları saxlanılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycan Respublikasına gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.
Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycan Respublikasına gətirilməsini Hindistan Respublikası vətəndaşı, 22.01.1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.
Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycan Respublikasına 14.01.2018-ci il tarixdə işgüzar səfər məqsədi ilə gəldiyi və 20.01.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə (qəbul edən tərəf: Qədirov Rüşdü Qurbanəli oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 26.11.1994-cü il təvəllüdlü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 25.11.2017-ci il tarixdə daxil olduğu, Azərbaycan Texniki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 27.12.2017-ci il tarixdən 30.10.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsi vəsiqəsi aldığı, 05.03.1985-ci il təvəllüdlü Sajid Frazın Azərbaycan Respublikasının vətəndaşı ilə nikah əsasında 30.04.2018-ci il tarixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.
Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Munna” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.
Qeyd olunan mütəşəkkil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarına iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dolları məbləğində pul alıb və onların Azərbaycan Respublikasında leqallaşdırılmasını təmin edəcəklərini vəd veriblər. Onlar Azərbaycan Respublikasına gətirilməsini təşkil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft buruqlarında işə düzəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əmək haqqı adı altında 600 manat məbləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qazanıblar. Təşkilatçılar öz həmvətənlərini dələduzluq yolu ilə vəsaitlərini mənimsəyib və həmin əcnəbilərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıblar.
O cümlədən Sajid Frazın həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşı, 25.02.1992-ci il təvəllüdlü Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.
Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşı, 02.04.1963-cü il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 10/3B ünvanında qeydiyyatda olan Hümbətov Vətən Məmmədəli oğlu və onun qayınanası Azərbaycan Respublikasının vətəndaşı, 25.07.1953-cü il təvəllüdlü, Bakı şəhəri, Qara Qarayev prospekti, ev 116, mənzil 99 ünvanında qeydiyyatda olan Nağıyeva Rəfiqə Qaraoğlan qızı həmin əcnəbilərdən bir qismini Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən ünvanda yaşayış sahəsi verilməsini təşkil edib.
Eyni zamanda digər Azərbaycan Respublikasının vətəndaşı, 26.07.1980-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavi küçəsi, ev 22 ünvanında qeydiyyatda olan Əsgərova Vəfa Telman qızı həmin əcnəbilərdən 8 nəfərinə Balaxanı qəsəbəsindəki ünvanda yaşayış sahəsi verib.
Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və mövcud qanunsuz miqrasiya kanalı tamamilə ifşa edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
55 d. əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
2 saat əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Əmanətçilər üçün xüsusi təklif
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Ən çox oxunanlar
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”






















