Kapital Bank filiallarında bağlanan bankın əmanətləri qaytarılacaq
Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, DəmirBank-da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində Kapital Bank seçilib.
Kapital Bankın yaydığı məlumata görə, Lisenziyası ləğv edilmiş DəmirBank-ın sığortalanan əmanətləri 1 fevral 2018-ci il tarixindən başlayaraq, Kapital Bank-ın bu filiallarında qaytarılacaq: Nərimanov, 28 may, Cəfər Cabbarlı, Nizami, Bakıxanov, Binəqədi, Şuşa, Qubadlı, Gəncə, Şəmkir, Bərdə, Yevlax, Göyçay, Ağdaş, Lənkəran, Masallı, Quba, Qusar, Şamaxı, Ağsu, İmişli, Sabirabad, Beyləqan, Şəki, Zaqatala və Qazax.
Qeyd edək ki, sığortalanan əmanətlərin sahibləri 1 il ərzində (1 fevral 2019-cu ilədək) yuxarıda qeyd olunan filiallara gəlib, rahat və təhlükəsiz şəkildə əmanətlərini əldə edə bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















