“Saudi Aramco” Hindistanda neft emalı zavodu tikməyi planlaşdırır
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Hindistanda neft emalı zavodu inşa etməyi nəzərdə tutur.
Bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser deyib. O bildirib ki, Hindistan bizim üçün çox əhəmiyyətli bir ölkədir. Bununla bağlı bəzi şirkətlərlə danışıqlar aparılır.
“Hindistanda neft emalı zavodunun tikilməsi üzrə planlar var. “Aramco” Çində də yeni investisiya imkanlarını araşdırır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən günlərdə Səudiyyə Ərəbistanı Nazirlər Kabineti “Saudi Aramco”nun səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edib. Şirkət qarşıdakı 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək. Gündəlik 10 milyon barreldən çox xam neft istehsal edən “Aramco” dünya üzrə neft hasilatının 12 faizini həyata keçirir. Eyni zamanda, şirkət Səudiyyə Ərəbistanının büdcə gəlirlərinin üçdə ikisini təmin edir.
“Saudi Aramco”nun 5 faizlik səhmlərinin bu il satışa çıxarılması nəzərdə tutulur. Bu satışdan sonra şirkətin dəyərinin 2 trilyon dollara çatacağı proqnozlaşdırılır. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
-
22 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 29 d. əvvəl
-
33 d. əvvəl
İndiyədək ən böyük neft ehtiyatları bazara çıxarılacaq - NEFT DAHA DA UCUZLAŞIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
1 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
16 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"



























