Azərbaycan hökumətinin Beynəlxalq Bankdakı payı 91%-i keçib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) nizamnamə kapitalının 600 mln. manat və yaxud 93,56% artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsü dəyişib.
Kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 0,27 manat olan 2 222 222 223 ədəd adi səhmlərin hamısını kredit təşkilatının əsas səhmdarı olan Maliyyə Nazirliyi əldə edib. Alqı-satqı “Unicapital” investisiya şirkətinin anderayterliyi ilə baş tutub. Son nəticədə Nazirliyin ABB-dəki payı 54,96%-dən 76,73%-ə yüksəlib.
Əvəzində Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payı 28,18%-dən 14,56%-ə, 12 qeyri-dövlət müəssisəsinin və 1 761 fiziki şəxsin toplam payı isə 16,86%-dən 8,71%-ə düşüb. “Aqrarkredit”in səhmlərinin 100%-i Azərbaycan hökumətinə məxsus olduğunu nəzərə alsaq, Beynəlxalq Bankda dövlətin payının 91,29%-ə çatdığını demək olar.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























