ABB: İngiltərədəki məhkəmə prosesi restrukturizasiyaya təsir göstərməyəcək
“Xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası prosesi uğurla tamamlandıqdan sonra Azərbaycan Beynəlxalq Bankıprosesin bu yuridiksiyalarda müddətsiz tanınması məqsədilə ABŞ və Böyük Britaniya məhkəmələrinə müraciət edib. Belə bir müraciət BMT-nin Beynəlxalq Ticarət üzrə Komissiyasının (UNCITRAL) çərçivə qanunu əsasında yerinə yetirilən hüquqi prosedurdur. Bu prosedur sırf texniki xarakter daşıyır, transsərhəd effektinə malik deyil və restrukturizasiya prosesinin nəticələrinə də heç bir təsir göstərmir. Restrukturizasiya olunmuş öhdəliklər müqabilində onlara təklif edilən maliyyə alətlərini artıq təhvil almış kreditorlar üçün bu cür texniki proseslər yenilik sayılmır”.
London məhkəməsinin qərarı ilə bağlı olaraq Azərbaycan Beynəlxalq Bankından (ABB) belə bildirilib. Qeyd edilib ki, 18 yanvar 2018-ci il tarixində Nyu-York Məhkəməsi bankın müraciətini təmin edərək artıq ABŞ ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı iddia tələblərinə müddətsiz moratorium barədə qərar çıxarıb.
“London məhkəməsinin isə belə bir qərarı gözlənilən idi. Çünki ABŞ məhkəmələrindən fərqli olaraq Böyük Britaniyada birinci instansiya məhkəmələri bu qəbildən olan məsələlərlə bağlı yekun qərarvermə səlahiyyətinə malik deyil və bu proses əlavə vaxt aparır. London məhkəməsi bankın restrukturizasiya prosesinin müddətsiz qaydada tanınması barədə apelyasiya, yaxud Ali Məhkəməyə müraciət hüququnu tanıyıb. Halbuki, məhkəmə bankı belə bir hüquqdan məhrum etmək səlahiyyətinə də malik idi. Bu hüququn tanınması isə məsələnin apelyasiya qaydasında, yaxud Ali Məhkəmədə həllini tapacağı perspektivinin çox böyük olduğunu göstərir”, - deyə bankın açıqlamasında qeyd edilib.
Bildirilib ki, moratorium müraciətinin rədd olunması üçün London məhkəməsinə müraciət etmiş "Sberbank" və "Franklin Tempelton" könüllü restrukturizasiya olunmuş öhdəliklərin cüzi hissəsinə malikdir: "Böyük Britaniya ərazisində bankın aktivlərinə iddia tələblərinə qarşı məhkəmə moratoriumu 06 iyun 2017-ci il tarixindən qüvvəyə minib və bu günə qədər hüquqi qüvvəsini qoruyur. Bu kreditorların tələbləri restrukturizasiya prosesinin nəticələrinə hər hansı şəkildə xələl gətirmir. Çünki, bu tələb sırf kommersiya mübahisəsi mahiyyəti daşıyır və restrukturizasiya prosesindən kənardır".
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 1 sentyabr 2017-ci ildə uğurla başa çatıb. Restrukturizasiya nəticəsində 2 mlrd. 265 milyon dollar ətrafında dövlət qiymətli kağızları və bankın 1 milyard dəyərində öz qiymətli kağızları buraxılıb. Qiymətli kağızların paylanması bir neçə mərhələdən keçib və kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Maliyyə alətlərini almayan kreditorlar isə ümumi kreditorlarların təxminən 5%-i ətrafındadır. Onlara təklif edilən qiymətli kağızlar hazırda xüsusi hesabda saxlanır.
Bankın açıqlamasında qeyd edilib ki, bu kreditorlar da lazımi sənədləri təqdim etməklə istədikləri zaman bu qiymətli kağızları təhvil ala, yaxud onları sataraq nağd pul əldə edə bilərlər.
XXX
London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.
“Reuters” agentliyi xəbər verir ki, borcun kateqoriyasından asılı olaraq diskont 3%, 20% və 50% təşkil edib. “Sberbank” öhdəliklərin qaytarılması ilə bağlı müəyyən olunan ikinci kateqoriyaya düşməsi ilə razılaşmayıb.
Ötən ilin may ayında ABB-nin kreditorlarının tələblərinin təmin olunmasına dair moratorium haqqında London Ali Məhkəməsi qərar qəbul edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi.
Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir.
Məlumatda qeyd olunub ki, ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.
Qeyd edək ki, “Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 mln. dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 mln. dollar məbləğində istiqrazlarını alıb.
“Reuters” agentliyinin məlumatına görə, hər iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb.
"Sberbank” və FTİML qeyd edib ki, ABB ilə onların borc münasibətləri İngiltərə qanunvericiliyinə əsasən 1890-cı ildə baş verən “Qibss işi” adlı presedentə istinad edilərək tənzimlənib. İngiltərə qanunvericiliyinə əsasən, öhdəlik borclunun iflası səbəbindən silinə bilməz. Bununla da London Ali Məhkəməsi “Qibss işi”nə əsaslanaraq hər iki maliyyə qurumunun ABB-yə qarşı tələbini təmin edib", - deyə məlumatda vurğulanıb.
“Bu qərar İngiltərə qanunvericiliyi çərçivəsində tələblərin sabitliyini gücləndirəcək və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsini stimullaşdıracaq”, - deyə “Sberbank”ın mətbuat xidmətinin cavabında qeyd olunub.
FTİML isə bu qərara şərh verməkdən imtina edib.
Azərbaycan Beynəlxalq Bankı hesab edir ki, London Ali Məhkəməsinin qərarı “Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir. “Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyək”, - deyə ABB-nin məlumatında vurğulanıb.
Qeyd edək ki, britaniyalı vəkil bildirib ki, apelyasiya məhkəməsinin qərarı olmadan restrukturizasiya prosesi başa çatdırıla bilməz. Apelyasiya məhkəməsinin qərarı isə bir neçə ayadək uzana bilər.
Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.
ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.
ÖTƏN İL 806 MİLYON MANAT XALİS MƏNFƏƏT ƏLDƏ EDİB
Xəbər verdiyimiz kimi, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2017-ci ili 806 milyon 4 min manat xalis mənfəətlə başa vurub.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il ABB-nin faiz gəlirləri 510 milyon 101 miln manat, faiz xərcləri 307 milyon 777 min manat, qeyri-faiz gəlirləri 513 milyon 245 milyon manat, qeyri-faiz xərcləri 180 milyon 924 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 271 milyon 359 min manat təşkil edib.
© APA, Marja
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 23 saat sonra
-
- 4 d. əvvəl
- 18 d. əvvəl
-
21 d. əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
37 d. əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 49 d. əvvəl
-
1 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
Fevralın 27-də gözlənilən hava şəraiti



















