“PAŞA Bank Gürcüstan”a yeni sədr təyin olunub
“PAŞA Bank Gürcüstan” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Marja"nın əldə etdiyi məlumata görə, Arda Arkunun “PAŞA Bank Gürcüstan” ASC-nin İdarə heyətinin sədri vəzifəsinə təyin olunması qərara alınıb. Arda Arkun bu vəzifənin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdır.
Arda Arkun 1998-ci ildə ali təhsilini ABŞ-da, Hamilton Kollecdə bitirmiş və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdı. Təhsili bitirdikdən sonra 3 il ABŞ-da JP Morgan şirkətində çalışmış və ardınca bir neçə il İngiltərə və Rumıniyada biznesin inkişafı və strategiya üzrə məsləhətçi vəzifələrində işləmişdi. 2010-cu ildən etibarən Arda Azərbaycanda yerləşən müxtəlif şirkətlərdə (AİMROC LTD, B&BTV Communication, Azerfon) İdarə Heyətinin üzvü qismində çalışmışdı. 2017-ci ilin avqust ayından etibarən PAŞA Holding MMC-də müşavir qismində fəaliyyət göstərir.
Bundan öncə xəbər verdiyimiz kimi, “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin sədri Şahin Məmmədov, “PAŞA Holdinq” MMC-də Biznesə Dəstək üzrə Direktor və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsinə təyin olunacaq. Şahin Məmmədov bu vəzifənin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

