“AGBank”da fantastik zərər
“AGBank” ASC 2016-cı ili 35 milyon 630 min manat zərər ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 71 milyon 809 min manat (39,547 milyon manat faiz, 32,26 milyon manat qeyri-faiz), faiz və qeyri-faiz xərcləri isə 70 milyon 326 min manat təşkil edib və nəticədə Bankın 1 milyon 483 min manat əməliyyat mənfəəti qalıb. “AgBank” Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 36 milyon 969 min manat ayırdığından Bankın illik zərəri yüksək olub.
Qeyd edək ki, “AgBank”da fantastik zərər Bankda ödəmə vaxtı keçmiş kreditlərin kəskin artdığına işarə edir. Bank normativlərə uyğun olaraq gəlirinin və kapitalının bir hissəsini ödənməyə biləcək kreditlərə görə ehtiyata ayırıb və buna görə, zərər yaranıb. Bank problemli kreditləri barədə məlumatları açıqlamayıb.
31 Dekabr 2015-ci il tarixinə “AgBank” 520 milyon manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik olub.
Bankın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























