Bank of Baku müştərilərinə bayram günlərində də xidmət göstərəcək!
Həftənin 7 günü müştərilərinə xidmət göstərən Bank of Baku, Bayram günlərində də fəaliyyətini davam etdirəcək.
Belə ki, Yeni il Bayramı ilə əlaqədar 31 dekabr və 01 yanvar tarixləri Bankda qeyri-iş günü hesab ediləcək. 02-03 yanvar 2018-ci il tarixlərində isə Bankın "Azneft”, “Neftçilər”, “Əhmədli”, “Bakıxanov”, “Sumqayıt” filialları və Baş İdarəsindəki Müştəri Xidmətləri Departamenti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
Filial | 02.01.2018 | 03.01.2018 |
Azneft | 10:00 - 21:00 | 10:00 - 21:00 |
Fasilə (14:00 - 15:00) | Fasilə (14:00 - 15:00) | |
Neftçilər | 10:00 - 14:00 | 10:00 - 18:00 |
Fasilə (14:00 - 15:00) | ||
Baş İdarə | Qeyri-iş günü | 10:00 - 14:00 |
Əhmədli | Qeyri-iş günü | 10:00 - 14:00 |
Bakıxanov | Qeyri-iş günü | 10:00 - 14:00 |
Sumqayıt | Qeyri-iş günü | 10:00 - 14:00 |
Qeyd: 30 dekabr 2017-cil tarixində Bank of Baku-nun Bakıda fəaliyyət göstərən bütün filialları, eyni zamanda "Sumqayıt", "Yeni Gəncə" və "Şirvan" region filialları fəaliyyətini həmişəki iş rejimində davam etdirəcək.
Bayram günlərində Bank of Baku-nun yuxarıda adları çəkilmiş filiallarına yaxınlaşan müştərilər həm Nağd Pul krediti (restrukturizasiya daxil olmaqla) və Bolkart kredit, debet kartları və Dostlar Klubu kartları əldə edə, həm də valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər.
Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.
Belə ki, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və qırmızı “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsilə, eləcə də, www.bankofbaku.com; www.e-pul.az; www.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.
Müştərilər eyni zamanda, bir çox bank əməliyyatlarını Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən istifadə etməklə icra edə bilərlər.
“Bank of Baku”-nun filialları və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur































