Bitcoin-ə daha bir zərbə
İsraildən gələn son dəqiqə xəbəri, başda Bitcoin olmaqla son dövrdə gündəmdən düşməyən kriptovalyutalara investisiyalara mənfi təsir edə bilər.
İsrail Kapital Bazarları Palatasının (ISA) sədri Shmuel Hauser, gələn həftə bir təklifi müzakirə edəcəklərini bildirib.
"Marja" xəbər verir ki, tklifə görə, kriptovalyutalar ilə əlaqəsi olan şirkətlərin Təl-Əviv Birjasında (TASE) listinqə qəbul edilməyəcək, mövcud olanlar isə indeksdən çıxarılacaqdır. Səbəbi isə Bitcoin və digər coin qiymətlərinin həddindən artıq dalğalanması və qeyri-müəyyənlik səbəbindən investorların zərər görməməsi kimi göstərilir.
"Bitcoin qiymətləri maliyyə "köpüyü" təəssüratını verir və investorların belə bir volatil və qeyri-müəyyənlik içərisində olmasını istəmirik. İnvestorların mövqeyimizi bilməsi lazımdır və bazara da bir mesaj verilməsi önəmlidir",- Palatanın sədri deyib.
Qeyd edək ki, Bitcoin qiymətləri ötən həftə 20 min dollar sərhədini test etmiş, lakin sonra kəskin azalma ilə 12 min dollara düşmüşdü. 40 faiz ucuzlaşmadan sonra Bitcoin-un qiyməti 13-15 min dollar aralığındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
12 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
13 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
13 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu

























