Heç heyva istehsal etmir, amma ixracatda birincidir

Türkiyə Aqrar Assosiasiyalar Birliyinin (TZOB) rəhbəri Şemsi Bayraktar, heyva istehsalında dünya birincisi olan Türkiyənin, ixracatda birinciliyi heç istehsalı olmayan Hollandiyaya uduzduğunu bildirib.
"Marja" xəbər verir ki, Bayraktar verdiyi açıqlamada, dünya heyva istehsalında Türkiyə, Çin və Özbəkistanın ilk üç yeri tutduğunu, ancaq Türkiyə xaric digər istehsalçı ölkələrin heyva ixracatında əhəmiyyətli pay əldə edə bildiklərinə diqqəti çəkib. Dünyada digər ən çox heyva istehsal edən ölkələr Mərakeş, İran, Azərbaycan və Argentinadır.
SATIŞ İSTEHSAL QƏDƏR ƏHƏMİYYƏTLİDİR
Hollandiyanın isə heç heyva yetişdirmədiyinə baxmayaraq ixracatda önə çıxdığını qeyd edən Bayraktar, "Heyvanın cəfasını (əziyyətini) Türk, Çin, Özbək fermeri çəkir, səfasını Hollandiya görür. Heç heyva istehsal etməyən Hollandiya, Türkiyə daxil müxtəlif ölkələrdən idxal etdiyi heyvanı qablaşdırıb daha cəlbedici edərək və özünün satış kanallarını istifadə edərək yenidən ixrac edir. Hollandiya, ixracatda son 5 ilin 4-ündə birinci olub. Türkiyə, 2012-2016 dövründə yalnız 2012-də ixracatda birinci yeri tutub. Türkiyə, 2012-də 8,7, 2013-də 11,7, 2014-də 10, 2015-də 10,7 milyon dollarlıq heyva ixrac edərkən, Hollandiyanın ixracatı, 2012-da 6,9, 2013-də 11,9, 2014-də 19,5, 2015-də 22,9, 2016-da 11,6 milyon dollar təşkil edib" - deyib.
Bayraktar, 5 illik dövrdə Türkiyə, 54 min 402 ton heyvanı kiloqramı 90 cent-dən ixrac edib 49 milyon 60 min dollar əldə edərkən, Hollandiyanın 61 min 162 ton heyvanı kiloqramı 1 dollar 19 cent-ə ixrac edib 72,8 milyon dollar qazandığını da bildirib.
HOLLANDİYA HEYVANI DAHA BAHA SATIR
Hollandiya, 2012-2016 dövründə heyvanın kiloqramını Türkiyədən 31,9% daha yüksək bir qiymətə ixrac edib. İki ölkənin ixrac qiymətləri arasındakı fərq, 2013-də 73,75%-ə qədər qalxıb. O il Hollandiyanın kiloqram ixrac qiyməti 1 dollar 55 cent-ə qədər çıxarkən, Türkiyəninki 89 cent-də qalıb.
Yenə Hollandiya kimi heç heyva istehsal etməyən Avstriya 2016-da ixracatda beşinci, Fransa altıncı yeri tutub.
2016-cı ildə Hollandiya 11,6, Türkiyə 10,7, Avstriya 3,3, İspaniya 2, Yunanıstan 1,25, Fransa 0,76 milyon dollarlıq ixracatla ilk 5 yeri tutublar. 2016-cı ildə dünya heyva ixracatı 32,8 milyon dollar olub.
Türkiyənin 64 min 579 dekar sahədə 126 min 400 ton heyva istehsal etdiyi məlumatını verən Bayraktar, "ən çox heyvanı 3 min 500 ton olmaqla Rusiyaya ixrac edirik. Bu ölkənin ardınca 2 min 263 tonla Almaniya, 950 tonla Hollandiya, 728 tonla Səudiyyə Ərəbistanı gəlir" deyib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanda 28247 ton heyva istehsal edilib. 2015-ci illə müqayisədə istehsal aşağı düşüb. 2015-ci ildə Azərbaycanda 29444 ton heyva istehsal edilmişdi.
HOLLANDİYA TÜRKİYƏDƏN HEYVA İDXALINI ARTIRIB
Türkiyədə heyvanın 54%-i Sakaryanın Geyve və Pamukova mahallarında istehsal edilir.
Bayraktar deyib:
"Sakaryanın mahalları olan Geyve və Pamukovanın Türkiyənin cəmi heyva istehsalındakı payı 54% ilə yarını keçir. Bu çox böyük bir potensialdır. Sakaryada xüsusilə yüksək ərazilərdə yetişdirilən heyva, keyfiyyət xüsusiyyətləri və ləzzət baxımından digər heyva növlərinə görə çox daha üstündür.
Hollandiya, Sakaryada istehsal edilən heyvanın keyfiyyətini və üstünlüyünü kəşf etmiş və son illərdə ölkəmizdən idxal etdiyi heyva miqdarını artırmışdır".
DÜZGÜN SATIŞ KANALLARINDAN İSTİFADƏ EDİLMƏLİDİR
"İstehsalda dünya birincisi olan Türkiyənin ixracatda da lider olması üçün satışa çıxarma kanallarının təsirli olaraq istifadə edilməsi lazımdır. Dünya bazarlarında daha çox pay ala bilmək üçün bazarın tələb etdiyi keyfiyyət və standartda məhsul istehsal edilməlidir.
Müasir heyva bağlarının sayının artırılması lazımdır. Bunun üçün istehsalçı təşviq edilməli, istehsal artırılmalıdır. Bu artım ilə paralel yığma (anbar) da əhəmiyyət verilməli, soyuducu anbar sərmayələri təşviq edilməlidir.
İxracatda məhsula əlavə dəyər təmin edəcək sərmayələrə də əhəmiyyət verilməlidir. Çeşidləmə və qablaşdırma ilə bərabər, mürəbbə, jele, marmelad və meyvə şirəsi olaraq da qiymətləndirilərək məhsula əlavə dəyər qazandırılmalı, ixracat payı və dəyəri artırılmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
14 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
15 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
27 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
44 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
