Azərbaycanda “Big Data” fəaliyyətə başlayır
Azərbaycanda yaradılmış ilk müasir “big data” mərkəzidir. Ölkədə yeni bir sənaye sahəsinin inkişafına, “Big data”nın təhlili üzrə mütəxəssislərin, alimlərin və mühəndislərin yetişdirilməsinə kömək edəcək.
BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Statoil, Inpex, ExxonMobil, SGC, Itochu, ONGC, TOTAL, ENI –Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzinin fəaliyyətə başlamasını məmnuniyyətlə elan edir.
Ötən ildən həyata keçirilməyə başlamış bu layihə BP-nin və tərəfdaşlarının ölkədə təhsilin inkişafına və iş bilgisinin artırılmasına dəstəyinin bir hissəsidir. Mərkəz ADA Universitetində yaradılıb. Bunun ardınca həmin universitetdə “Big Data”nın Təhlili və Data Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da ölkənin data mütəxəssislərinə və “big data” üzrə analitiklərə olan ehtiyaclarının qarşılanmasına xidmət edəcək.
Mərkəz həmçinin daha geniş təsirə malik olacaq – o, dövlət təşkilatları və özəl sektorun təmsilçiləri üçün açıq olacaq və onlara öz resurslarından istifadə imkanı yaradacaq.
Mərkəzin açılışına həsr edilmiş tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev: “Mərkəzin yaradılması ölkənin akademik cəmiyyəti üçün çox vacibdir. O bütün sahələr üzrə tədqiqat bacarıqlarının genişləndirilməsinə və tədqiqat ekosisteminin inkişaf etdirilməsinə kömək edəcək. İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu iş sahəsi və lazımi hesablama avadanlıqları ilə təchiz olunmuş laboratoriya yaratmaqla mərkəzin fəaliyyətə başlamasında əsas rol oynamışdır. Mən əminəm ki, mərkəz akademik cəmiyyət və sektorlar arasında olan qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirəcək.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “BP və tərəfdaşları bu yeni “big data” mərkəzini açmaqdan məmnunluq duyur. Bu mərkəz bu qəbildən olan ilk və, mən deyərdim ki, unikal bir tədqiqat ocağıdır və ölkədə yeni bir sənaye sahəsinin inkişafına təkan verəcək. İnanırıq ki, bu, ölkənin qlobal “big data” bazarının bir hissəsinə çevrilməsi və böyük həcmli məlumatların emalında regionda aparıcı yer tutması üçün geniş imkanlar yaradır. Ən əsası isə bu mərkəz ölkədə data üzrə ixtisaslaşmış alimlərin, data və informasiya üzrə mühəndislərin və “big data”nın təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə təkan verəcək. Biz Təhsil Nazirliyi və ADA Universiteti ilə qurduğumuz əməkdaşlıqdan çox məmnunuq. Biz birlikdə, data elmləri üzrə təcrübə də daxil olmaqla, bir sıra sahələrdə ölkədə iş bilgisinin, bacarıqların və səriştələrin inkişaf etdirilməsinə dəstək olmaq üçün çox işlər görə bilərik.”
Layihənin başlamasından ötən bir il ərzində data təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı daxil olmaqla bütün avadanlıqlar və resurslar və eləcə də 30 iş terminalı quraşdırılıb, işçi heyətinə təlim keçilib və hazırda Mərkəz fəaliyyət göstərməyə tam hazırdır. Bu bir illik layihə 2016-cı ilin oktyabr ayında başlayıb və ADA Universiteti tərəfindən həyata keçirilir. Layihənin dəyəri $410000 təşkil edir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
33 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
49 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)
.jpg)






.jpg)





