“AtaSığorta” “Uğur 2017” mükafatına layiq görülüb
08 dekabr 2017-ci il tarixində Rixos Quba Otelində “Consulting and Business” jurnalı özünün ənənəvi “Uğur 2017” mükafatının təqdimetmə mərasimini keçirib.
“AtaSığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına layiq görülüb. Mükafat “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədova təqdim olunub.
“Uğur 2017” Milli Mükafatı iqtisadiyyatın və biznesin müxtəlif sahələrinin inkişafında və güclənməsində fəal iştirak edən şirkətlərə, iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur. Hər zaman müştəri məmnuniyyətinə xüsusi önəm verən “AtaSığorta” ASC bundan sonra da Azərbaycanda sığorta sahəsinin inkişafına daim yeni-yeni töhfələr verəcəkdir.",- "AtaHoldinq"dən "Marja"ya bildirilib.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
-
30 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Unibank 5 nominasiya üzrə qalib olub
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Ən çox oxunanlar
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

















