Süd, meyvə-tərəvəz emalı müəssisələrinin bu rayonlarda yaradılması məqsədəuyğundur
Azərbaycanda Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi məqsədilə meyvə-tərəvəz məhsulları emalı, süd emalı və ət istehsalı üzrə müəssisələrin yaradılmasının daha məqsədəuyğun olduğu rayonlar müəyyənləşdirilib.
Bu barədə "Marja"ya Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Aşağıdakı rayon və şəhərlərdə kiçik və orta ölçülü meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin yaradılması məqəsədəuyğun hesab edilmişdir:
Quba-Xaçmaz iqtisadi rayonu üzrə:
- Quba və ya Qusar rayonlarından birində alma konsentratı zavodu (illik 50 min ton olan);
- Quba rayonunun meyvə yetişdirilən əsas kənd və qəsəbələrində də kiçik həcmli meyvə emalı (o cümlədən qurudulması) müəssisələrinin yaradılması;
- Qusar rayonunda kiçik və orta həcmli meyvə emalı və meyvə qurutma müəssisələrinin yaradılması;
- Xaçmaz rayonunda kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.
Gəncə-Qazax iqtisadi rayonu üzrə:
- Şəmkir, Tovuz və Goranboy rayonlarında kiçik və orta həcmli meyvə-tərəvəz emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.
Aran iqtisadi rayonu üzrə:
- Sabirabad, Bərdə, Yevlax, Zərdab, Neftçala və Ucar rayonlarında kiçik və orta həcmli meyvə-tərəvəz emalı, o cümlədən meyvəqurutma müəssisələrinin yaradılması.
Şəki-Zaqatala iqtisadi rayonu üzrə:
- Şəki, Oğuz, Qax və Balakən rayonlarında kiçik və orta həcmli meyvə emalı, o cümlədən meyvə qurututma müəssisələrinin yaradılması.
Lənkəran iqtisadi rayonu
- Astara və Masallı rayonlarında kiçik meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.
Dağlıq Şirvan iqtisadi rayonu
- Şamaxı və İsmayıllı rayonlarında meyvə emalı və meyvəqurutma müəssisələrinin yaradılması.
Yuxarı Qarabağ iqtisadi rayonu
- Ağdam, Tərtər və Füzuli rayonlarında meyvə-tərəvəz emalı və meyvəqurutma müəssisələrinin yaradılması.
Aşağıdakı rayon və şəhərlərdə kiçik və orta ölçülü ət və süd məhsulları email müəssisələrinin yaradılması məqəsədəuyğun hesab edilmişdir:
Quba-Xaçmaz iqtisadi rayonu üzrə:
- Xaçmaz, Qusar və Şabran rayonlarında süd emalı.
Gəncə-Qazax iqtisadi rayonu üzrə:
- Şəmkir, Goranboy, Qazax və Samux rayonlarında süd emalı.
Aran iqtisadi rayonu üzrə:
- Sabirabad, Saatlı, İmişli, Ağdaş, Bərdə, Yevlax, Neftçala, Ucar, rayonlarında süd və ət emalı (kəsim).
Şəki-Zaqatala iqtisadi rayonu üzrə:
- Şəki, Oğuz və Balakən rayonlarında süd emalı.
Lənkəran iqtisadi rayonu
- Cəlilabad, Astara və Yardımlı rayonlarında süd emalı.
Dağlıq Şirvan iqtisadi rayonu
- Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarında süd emalı.
Yuxarı Qarabağ iqtisadi rayonu
- Ağdam və Füzuli rayonlarında süd emalı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
26 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















