“Bank sədrlərinə, müavinlərinə və "ağıllı" maliyyəçilərə inanmayın”
“Heç bir, bank sədrlərinə, bankların sədr müavinlərinə və digər "ağıllı" maliyyəçilərə inanmayıb. Onlara inansaydıq Bitcoin çoxdan batmalı idi”.
"Marja" xəbər verir ki, bunu Facebook-da canlı yayımda kriptovalyutalar üzrə könüllü məsləhətlər verən Rəşad Camal Mehdiyev deyib.
“Azərbaycanda normal maliyyəçi var?! Xətirlərinə dəyməməsi üçün deyək ki, "var". Bitcoin 2000 dollar olanda bir sıra bank sədrləri, müavinləri və digər maliyyəçilər bunun son qiymət olduğunu deyirdilər. Qiymət 3000 dollar olanda da dedilər "sondur, "köpük" partlayacaq". 5000 min dollar, 10000 dollar və s. olanda da eyni sözü deyirdilər. Onlara deyirəm ki, bu çox çətin işdir. Gedin bankda 5-10 min maaşla öz işinizi görün".
"DEYİRDİLƏR, "SİZİN AĞILINIZ YOXDUR"
Rəşad Camal Mehdiyev bildirib ki, qiymət 1800 dollar olanda dostlarına Bitcoin almaqda kömək edib. Bu gün həmin adamların kefləri kökdür. Çünki qiymət 14 min dolları keçib:
“Dostlarıma kömək etmişəm 1800 dollara Bitcoin alıblar. O vaxtlar deyirdilər ki, Sizin ağlınız yoxdur, başınız işləmir. Bu gün isə qiymət 14 min dollardır”
Rəşad Camal Bitcoin-ə "təhlükəli" deyənlərə belə cavab verib:
“Sizcə bank təhlükəli deyil? Aparın pullarınızı banklara qoyun. Əgər pulunuz dollardadırsa maksimum 4%, manatdadırsa 10-12% versinlər. Banklar da sizin pullarla yaxşı pul qazansınlar, bankirlər yaşı bonuslar alsınlar, rəhbərləri bahalı maşınlar sürsünlər. Siz banklara inanın. Bir vaxt bankirlər sizin pullarınızla mənim yanıma gəlib, "What do you think about Bitcoin" deyəcəklər".
Rəşad Camal Mehdiyev xüsusilə qeyd edib ki, söylədiyi fikirlər və verdiyi proqnozlar investisiyalarda istifadə edilə bilməz:
“Mənim söylədiklərim məlumat xarakterlidir, investiya yönəltmək üçün deyil. Mən daxil, heç kimin sözü ilə Bitcoin-ə sərmayə yatırmayın. Bu barədə xarici mənbələri oxuyun, analitklərdən məlumatlar alın, təhlil edin və öz ağlınızla sərmayə yatırın”.
Qeyd edək ki, Rəşad Camal Mehdiyevin Bitcoin-in qiymətilə bağlı verdiyi bütün proqnozlar doğru çıxıb.
Qeyd edək ki, Dünyanın ən böyük birja şirkətlərindən olan CME Group, CBOE və Cantor Fitzgerald öz fyüçersləri arasına Bitcoin-i əlavə edirlər. CME Dekabrın 18-dən etibarən əməliyyatlara start verəcək. Bu faktor Bitcoin-i bahalaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















