ABŞ-da hasilat artdı, neft 2% düşdü
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə gözləniləndən çox azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 5,6 milyon barrel (1,2 faiz) azalaraq 448,1 milyon barrelə enib. Bazarlarda ehtiyatların əvvəlki həftə olduğu kimi 3,4 milyon barrel azalması gözlənilirdi.
EIA hesabatında, neft bazalarına daxil olmayan strateji xam neft ehtiyatlarının da keçən həftə 2,4 milyon barrel (0,4 faiz) azalaraq 662,7 milyon barrelə düşdüyü qeyd edilib.
Hesabat həmçinin, ABŞ-ın həftəlik benzin ehtiyatlarının 6,8 milyon barel artaraq 220,9 milyon barelə qalxdığını göstərib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,7 milyon barellik artacağı istiqamətində idi.
XAM NEFT HASİLATI ARTMAQDA DAVAM EDİR
Bu dövrdə, ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 25 min barel artaraq, 9,70 milyon barelə yüksəlib.
Ölkənin xam neft ixracı isə sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik 54 min barel azalaraq 1,36 milyon barelə enib. Həmin dövrdə, xam neft idxalı günlük 127 min barel azalaraq 7,20 milyon barelə enib.
EIA məlumatları açıqlamamışdan əvvəl 56,80 dollar ətrafında olan ABŞ xam neftin barrel qiyməti 56,23 dollara qədər geriləyib. Brent neft də dünən ilə müqayisədə 2,1 faiz azalma ilə 61,54 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















