Dünyanın ən böyük qaz istehsalçısının mənfəəti 18% azalıb
Rusiyanın enerji şirkəti Qazprom-un bu ilin yanvar-sentyabr dövründə əldə etdiyi xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalma ilə 581 milyard 800 milyon rubla enib.
"Marja" xəbər verir ki, şirkətin açıqlamasına görə, bu ilin 9 aylıq dövründə cəmi mədaxil (gəlir) 7,4 faiz artaraq 4 trilyon 640 milyard rubla çıxıb.
Şirkətin xalis borcunun bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə 37%-lik artımla 2 trilyon 630 milyard rubla çıxdığı bildirilən açıqlamada, xalis mənfəətin isə bu dövrdə 18% geriləyərək 581 milyard 800 milyon rubla düşdüyü qeyd edilib.
Şirkətin Unicredit Bankı ilə də uzunmüddətli 700 milyon avroluq bir kredit müqaviləsi imzaladığına yer verilən açıqlamada, əmtəə qiymətlərindəki artımla üçüncü rüb xalis mənfəətinin isə ötən ilin eyni dövrü ilə müqayisədə 85 faiz artaraq 200 milyard 500 milyon rubla yüksəldiyi bildirilib.
Dünyanın ən böyük qaz istehsalçısı mövqeyində olan Qazprom Avropanın qaz ehtiyacının təxminən 30%-ni qarşılayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























