Fed: Rəqəmsal pulların əsl dəyərləri yoxdur - XƏBƏRDARLIQ
ABŞ Mərkəzi Bankının (Fed) Sədr müavini Rendal Quarles, mərkəzi bankların rəqəmsal pul çıxarmalarının riskli olduğunu bildirib.
ABŞ Mərkəzi Bankı Fed-dəki vəzifəsinə qısa müddət əvvəl başlayan Rendel Quarles, Vaşinqtonda keçirilən Maliyyə Texnologiyaları (Fintech) konfransında rəqəmsal pul vahidlərini tənqid edib..
"Marja" xəbər verir ki, qiyməti həftə ərzində 10 min dollar həddini aşandan sonra 11 min 434 dollara qədər yüksələn Bitcoin-in hazırda medianın "göz bəbəyi"dir. Buna baxmayaraq, bahalaşmanın hər hansı bir əsası olmadığını vurğulayan Quarles, "Rəqəmsal pul vahidləri, digər aktivlər tərəfindən dəstəklənmir, əsl dəyərləri yoxdur,hökumətlər tərəfindən yoxlanan banklara bağlı deyillər", - ifadələrini istifadə edib.
Quarles, bu səbəbdən rəqəmsal pul vahidlərini yeni maliyyə aləti kimi qəbul etməyin çətin olduğuna diqqəti çəkərək, dövriyyələrinin artmasının maliyyə sabitliyi baxımından yaxın gələcəkdə əhəmiyyətli risklər yaradacağı xəbərdarlığını edib.
Mərkəzi bankların öz rəqəmsal pul vahidlərini çıxarmasına da toxunan Quarles, bu məsələdə çox diqqətli olunması lazım olduğunu bildirib. Quarles, sözlərini belə davam etdirib:
"Bir mərkəzi bankı tərəfindən çıxarılan rəqəmsal pul vahidinin hüquqi baxımdan hərtərəfli analiz və konsultasiyalar tələb etdiyini düşünürəm. Bundan başqa, hələ özünü təsdiq etməmiş bir texnologiyanın potensial istifadəsi, çirkli pulyuma, kiber təhlükəsizlik və şəxsi gizlilik daxil olmaqla uzun bir risk siyahısını müşayiət edəcəkdir. Bir mərkəzi bank tərəfindən çıxarılan və dünya miqyasında etibarlı olan rəqəmsal pul vahidinin, ciddi kiber hücumlara məruz qalacağından, çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirməsində geniş şəkildə istifadə ediləcəyindən narahatam".
Fed-in Nəzarətdən Məsul Sədr Müavini Quarlesin rəqəmsal pul əleyhinə bu şərhləri, bankın bir başqa əhəmiyyətli adının dünən verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.
Nyu-York Fed Sədri Vilyam Dadli, bankın öz rəqəmsal valyutasını çıxarmaq məsələsini düşünməyə başladığını söyləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















