Maliyyə Nazirliyi və ARPA memorandum imzalayıb
Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən verilən məlumata görə, Memorandumun əsas məqsədi Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" (CAPSAP) çərçivəsində aparılmış islahatların davamı olaraq Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin bilik səviyyələrinin və maliyyə hesabatlarının keyfiyyətinin artırılması sahəsində həyata keçirilən tədbirlərin nazirlik və ARPA tərəfindən birgə əlaqələndirilməsidir.
Anlaşma Memorandumunda ARPA-nın həyata keçirdiyi tədbirlərin, habelə Mühasiblərin Peşəkar Sertifikasiya Proqramının (MPS) Maliyyə Nazirliyi ilə razılaşdırılması və Nazirlik tərəfindən dəstəklənməsi, mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















