“Məzillər bahalaşıb” xəbərlərilə süni tələb yaratmağa çalışırlar”
“Mənzillərin qiymətinin artacağı” və hətta “artıq qiymət artımlarının olması” haqda xəbərlər bir sıra mətbu orqanlarında özünə yer tapmaqdadır. Tanınmış iqtisadçı alim Vüqar Bayramov bildirib ki, bəzi dəirələr belə xəbərlər ilə süni tələb yaratmağa çalışırlar.
“Maraqlıdır ki, oxşar reaksiya 2014-cü ildən bəri müşahidə edilir. 2014-ci ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zamanda "spekulyativ qiymət artlmlar" xəbərləri bəzi mətbu qurumlarda yer alırdı. Hətta bir neçə gün öncə "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması" barədə xəbərlər yayıldı. Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha heç öz qiymətinə belə indi satmaq mümkün deyil. Real tələb və təklifə əsasən qiymət azalmaları proqnozlaşdırılır, amma bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zamanda mənzil almağa çalışacaq və bir tərəfədən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər de qeyd etdiyimiz kimi, əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















