Azərbaycan regionlarının investisiya reytinqi dərc ediləcək
Caspian Energy jurnalının yekun nömrəsində Azərbaycanın regionlarının genişləndirilmiş investisiya reytinqi dərc olunub. Qeyd olunan reytinq bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün hazırlanıb və ötən ildən etibarən bu investisiya reytinqi Caspian Energy jurnalının yekun nömrəsində çap olunur.
Bu barədə Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, reytinqdə Azərbaycanın 65 rayon və şəhəri üzrə iqtisadi göstəricilər və investisiya nəticələri qiymətləndirilib. Ermənistan tərəfindən işğal olunmuş rayonlar üzrə statistikanı təqdim etmək mümkün olmadığından onlarla müqayisə aparılmamışdır. İşğal faktı ayrıca qeyd olunmuşdur ki, bu da jurnalın geniş beynəlxalq oxucu auditoriyasına həmin mühüm problemi çatdırmağa imkan yaradacaq.
18 parametr üzrə sıralanmış regionlar 6 qrupa bölünüb – sosial-demoqrafik xarakteristika, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.
“Caspian Energy jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, aparıcı beynəlxalq analitik mərkəzlərin, investisiya təşkilatlarının və reytinqli agentliklərin rəhbərlərinə təqdim olunacaq”, - deyə Telman Əliyev qeyd edib.
O bildirib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda bu regionlarda fəal çalışan müəssisə rəhbərlərinin məqalə və müsahibələri dərc olunacaq.
“Təşəbbüsümüzü dəstəkləyən, fəaliyyət göstərdikləri şəhər və rayonlatın reytinqinin dərc olunduğu səhifənin qarşısında öz müəssisələrinin reklamlarını yerləşdirməyə razılıq verdikləri üçün bütün şirkətlərə təşəkkür edirik. Biz bu nəşrimizin səhifələrində yer almaq istəyən yeni şirkətlərlə əməkdaşlığa hazırıq”, - deyə Telman Əliyev vurğulayıb.
O qeyd edib ki, jurnalın sözügedən buraxılışında dərcolunmuş hər bir məqalə və müsahibə Azərbaycanın regionlarının inkişafı üçün uzunmüddətli investisiyaların cəlb olunmasına əlavə təkan verə və potensiallı partnyorların axtarışına, eləcə də Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına yardım edə biləcək.
Telman Əliyev eyni zamanda 2016-cı və 2017-ci illər Azərbaycanın iqtisadi regionlarının müqayisəli reytinqinin də dərc olunacağını söyləyib. “Jurnalın sözügedən nömrəsini əldə etmək istəyən hər kəs [email protected] elektron ünvanı vasitəsilə Caspian Energy-nin redaksiyasına müraciət edə bilər”, - deyə o əlavə edib.
Telman Əliyev xatırladıb ki,Caspian Energy-nin 2016-cı ildəki yekun buraxılışında dərc edilmiş iqtisadi regionların investisiya reytinqi Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və regionların sosial siyasətinin ilkin nəticələrini göstərdi. Ən yüksək ümumi bal toplamış lider region o zaman Gəncə-Qazax iqtisadi rayonu oldu. Təqdirəlayiq haldır ki, Aran iqtisadi regionu kənd təsərrüfatı sahəsində hər bir parametr üzrə bütün göstəricilərə görə üstünlük qazanaraq birinci yeri tutdu.
Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 18 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət başçılarının müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 d. əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
-
- 21 d. əvvəl
-
31 d. əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
35 d. əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
38 d. əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
1 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
-
1 saat əvvəl
İllik 18% gəlir təklif edən istiqrazların ticarətinə icazə verilib -ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Azərkosmos-un yanvarda əldə etdiyi gəlir açıqlanıb
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik























