Expressbank kart sahibləri üçün xüsusi üstünlüklər
Daim yenilikləri ilə sevindirən Expressbank VISA ödəniş sisteminin “LoungeKey” proqramına qoşuldu!
Bu proqram bankın VISA Platinum kart müştərilərinə beynəlxalq hava limanlarında yerləşən 850-dən çox biznes lounge zallarına giriş imkanı verir. Həmçinin, VISA Platinum kartının sahibi dünyanın hər yerində xüsusi münasibət, yüksək xidmət, malların və xidmətlərin haqqının ödənilməsi zamanı özəl endirim və sərfəli təkliflər əldə edir. Bu kartla dünyanın bütün ölkələrində nağd pul çıxara, ticarət və xidmət müəssisəsində alış-veriş edə bilərsiniz.
Xatırladaq ki, "ExpressClub" layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən xərclədikləri vəsaitin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















