Hakerlər Uber-dən haqq alıb - 57 milyon istifadəçinin məlumatları oğurlanıb
Şəxsi avtomobil sahiblərinin mobil proqram vasitəsilə taksi xidməti göstərmələrinə imkan təmin edən Uber, keçən il reallaşan bir kiber hücum nəticəsində 57 milyon istifadəçinin məlumatlarının oğurlandığını açıqlayıb.
"Marja" Uber-dən verilən açıqlamaya istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında iki nəfər tərəfindən həyata keçirilən kiber hücum nəticəsində şirkətin dünya üzrə 57 milyon istifadəçisinin adları, elektron poçt ünvanları və telefon nömrələri oğurlanıb.
Açıqlamada, ABŞ-da Uber üzərindən taksi xidməti göstərən 600 min nəfərin (sürücünün) ad və səlahiyyət məlumatlarının da hücumda ələ keçirildiyi bildirilib.
İstifadəçilərin və sürücülərin bank məlumatları, kredit kartı nömrələri, səyahət etdikləri marşrutlar, doğum tarixləri və sosial təhlükəsizlik nömrələrinin hücum zamanı ələ keçirilmədiyi qeyd edilən açıqlamada, kiber hücumun ortaya çıxmasının ardından Uber-in lazımi təhlükəsizlik tədbirləri gördüyü qeyd edilib.
ABŞ mətbuatında yer alan bəzi xəbərlərdə isə, kiber hücumun ictimaiyyətə açıqlanmaması və oğurlanmış məlumatların silinməsi üçün Uber-in bu hadisəni həyata keçirən iki nəfərə ümumilikdə 100 min dollar (170 min manat) ödəniş etdiyi iddia edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















