Azərbaycanda sığorta bazarı 49 şəxsə məxsusdur
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta və 1 təkrarsığorta şirkətinin səhmdarları 22 fiziki və 27 hüquqi şəxsdir.
Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
Beləliklə, yerli sığortaçılar 49 fiziki və hüquqi şəxsə məxsusdur.
21 sığorta şirkətindən 14-nün səhmdarları yalnız fiziki şəxslər, 5 sığorta şirkətinin səhmdarları yalnız hüquqi şəxslər, 2 sığorta şirkətinin - "Bakı Sığorta" və "Meqa Sığorta"nın səhmdarları isə həm fiziki, həm də hüquqi şəxslərdir. Yeri gəlmişən, bu şirkətlər səhmdarlarının sayına görə seçilir. Onların hər birində 6 fiziki və hüquqi şəxs pay sahibidir.
Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan "AzRe Təkrarsığorta"nın da səhmdarlarının sayı 6-dır. Onların hamısı fiziki şəxslərdir.
Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") isə səhmdarının olmaması ilə seçilir. Bu şirkətdə heç bir fiziki və hüquqi şəxsin payı yoxdur.
№ | Sığorta şirkətinin adı | Şirkətin səhmdarlarının sayı | ||
Ümumi | Fiziki şəxslər | Hüquqi şəxslər | ||
1 | "Amrah Sığorta" | 2 | 2 | 0 |
2 | "A-Qrup Sığorta" | 1 | 1 | 0 |
3 | "Atasığorta" | 1 | 0 | 1 |
4 | "Atəşgah Həyat Sığorta" | 1 | 0 | 1 |
5 | "Atəşgah Sığorta" | 3 | 0 | 3 |
6 | "AXA MBask" | 1 | 0 | 1 |
7 | "Azərbaycan Sənaye Sığorta" | 2 | 0 | 2 |
8 | "Azərsığorta" | 0 | 0 | 0 |
9 | "Azsığorta" | 1 | 1 | 0 |
10 | "Bakı Sığorta" | 6 | 2 | 4 |
11 | "Günay Sığorta" | 3 | 2 | 1 |
12 | "İpək Yolu Sığorta" | 4 | 2 | 2 |
13 | "Meqa Sığorta" | 6 | 6 | 0 |
14 | "Naxçıvan Sığorta" | 1 | 0 | 1 |
15 | "PAŞA Həyat Sığorta" | 1 | 0 | 1 |
16 | "PAŞA Sığorta" | 1 | 0 | 1 |
17 | "Qala Həyat Sığorta" | 2 | 0 | 2 |
18 | "Qala Sığorta" | 1 | 0 | 1 |
19 | "Rəvan Sığorta" | 3 | 0 | 3 |
20 | "Standard Insurance" | 1 | 0 | 1 |
21 | "Xalq Sığorta" | 2 | 0 | 2 |
1 | "AzRe Təkrarsığorta" | 6 | 6 | 0 |
| Cəmi | 49 | 22 | 27 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 47 d. əvvəl
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır






























