Uber ilə NASA, uçan taksi üçün müqavilə imzalayıb
Taksi və avtomobil kirayəsi proqramı ilə tanınan Uber ilə Amerika Aviasiya və Kosmos İdarəsi (NASA), Uber-in "uçan taksi" layihəsi "Uber Elevate" üçün hava məkanının idarəçiliyini təmin edəcək proqram inkişaf etdirilməsi məqsədilə müqavilə imzalayıb.
"Marja" xəbər veri ki, müqavilə çərçivəsində, NASA uçan taksilər üçün alçaq yüksəklikdə lazımi hava məkanının formalaşdırılması məsələsində Uber-ə dəstək verəcək. Müqaviləyə görə, NASA, insansız hava sistemlərinin uçuşlarını da test edəcək.
Uberin layihəsində uçan taksilərin şaquli olaraq eniş-qalxış etməsi və alçaq yüksəklikdə uçması planlaşdırılır.
Uber, Los-Anceles, Dubay və Dallas-Fort Worth-da uçan taksilərin test sürüşünə 2020-ci ildə başlayacağını açıqlamışdı. Şirkət, kommersiya uçan taksi xidmətinə 2028-də Los Anceles Olimpiya Oyunları ərəfəsində başlamağı hədəfləyir.
Uber, dünyada uçan taksi tətbiqində önə çıxan şirkətlərdən biridir. Dubay Yol və Nəqliyyat İdarəsi də, mart ayında etdiyi açıqlamada, Çin istehsalı sürücüsüz hava vasitələrinin xidmətə başlayacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























