Azərbaycan Vyana sazişi üzrə öhdəliyini oktyabr ayında da yerinə yetirib
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini oktyabr ayında da yerinə yetirib.
Energetika Nazirliyi Azərbaycanın cari ilin oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin oktyabr ayında respublika üzrə gündəlik neft hasilatı 800,6 min barrel olub. Bunun 746,8 min barrelini xam neft, 53,8 min barrelini kondensat təşkil edib. Gündəlik 628 min barrel xam neft, 53,8 min barrel kondensat, 24,3 min barrel isə neft məhsulları ixrac edilib.
Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel , sentyabrda isə 785,7 min barrel olub.
OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 5 d. əvvəl
-
-
44 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"






















