BMW-nin avtomobil satışları artıb, gəliriləri və mənfəəti azalıb
Almaniyanın avtomobil istehsalçısı BMW Qrupunun faiz və vergi öncəsi mənfəəti (EBIT) və xalis mənfəəti ilin üçüncü rübündə əvvəlki rübə nisbətən azalıb.
"Marja" xəbər verir ki, BMW Qrupu, üçüncü rüb maliyyə və satış göstəricilərini açıqlayıb. Hesabata görə, qrup, 2017-ci ilin üçüncü rübündə zəif bir performans göstərib.
Qrup gəlirləri sözügedən dövrdə ötən ilin eyni dövrünə nisbətən 0,3 faiz artaraq 23 milyard 424 milyon avro olub.
Bu dövrdə faiz və vergi öncəsi mənfəət isə 3,2% azalaraq 2,304 milyard avro olaraq qeyd edilib. Qrupun xalis mənfəəti də 1,8% azalaraq 1,789 milyard avro səviyyəsində olub.
Tərkibində motosiklet, avtomobil, maliyyə xidmətləri və digər şirkətlər olan BMW Qrupunun yalnız avtomobil satışları nəzərə alındıqda 2017-ci ilin üçüncü rübündə qrup nəzdindəki BMW, MINI və Rolls-Royce markalı maşınların satışı 1,2 faiz artımla 590 min 415 ədəd olaraq qeyd edilib.
Ancaq avtomobil seqmentində artan satış sayına bərabər gəlirlər 2,4 faiz, vergi öncəsi mənfəət də 0,2 faiz geriləyib.
BMW Qrupu motosiklet seqmenti isə üçüncü rübdə yaxşı performans göstərib. Bu dövrdə satışlar 11,7 faiz artımla 39 min 429-a çatıb. Bu seqmentdəki gəlirlər həmin dövrdə 14 faiz artımla 514 milyon avroya yüksəlib.
2017 maliyyə ili üçün BMW Qrup, avtomobil seqmentində satışlarda cüzi bir artım və 100 mindən çox hibrid və ya tam elektrikli avtomobil satmağı planlaşdırır.
Həmçinin BMW Qrupu, 2025-ci ilə qədər 25 növdə elektrik və hibrid avtomobili bazara təqdim etmə hədəfləyir. Bütün elektrikli vasitələr üçün mənzil 700 kilometrə qədər və hibrid modellər üçün də isə 100 kilometrə qədər təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















