Lüks geyim markası makaron satacaq
Aksessuar və geyimdə dünyanın ən böyüklərindən biri olan "Dolce & Gabbana", İtalyanın iri makaron istehsalçısı "Pastificio di Martino" ilə əməkdaşlığa başlayır.
İtalyanın moda nəhəngi "Dolce & Gabbana", makaron istehsalçısı "Pastificio di Martino" ilə əməkdaşlıq çərçivəsində məhdud sayda istehsal ediləcək makaron və mətbəx önlüyü istehsalına imza atacaq.
"Marja" xəbər verir ki, dünya miqyasında ilkin 5 min paket istehsal ediləcək makaronun min ədədi ABŞ-da bazara çıxarılacaq.
95 avro, yəni təxminən 190 manata olacaq makaron qutusunda 4 növ müxtəlif makaron (500 qramlıq 5 paket) və 1 də önlük yer alacaqdır. Qutuda 2 ədəd spagetti, 1 ədəd penne mezzani rigate (qələm makaron), 1 ədəd paccheri (boru makaron) və 1 ədəd mista corta (qarışıq) olacaqdır.
"Dolce & Gabbana"a makaronun necə istehsal edildiyinə qarışmayacaq. Ancaq qablaşdırmanın və önlüyün dizaynı "Dolce & Gabbana" tərəfindən veriləcək. .
Makaron, Nepal və Bolognadakı Di Martino mağazaları ilə bərabər, 15 Noyabrdan etibarən Nyu-Yorkda və Londonda satışa təqdim olunacaq.
"Pastifico di Martino"nun dördüncü nəsil makaron istehsalçısı və İcraçı direktoru Guiseppe di Martino, qərarın iki müstəqil İtalyan brendinin ilk dəfə birləşməsi olduğunu söyləyərək, iki illik müqavilə imzalandığını və bunun sadəcə bir başlanğıc olduğunu qeyd edib.
1912-ci ildən bu yana makaron istehsal edən "Di Martino"nun məhsulları Panama Kanalını keçən ilk makaron kimi tarixə düşüb. Şirkətin illik gəliri 163 milyon dollardan çoxdur. Neapolun Gragnano qəsəbəsində yerləçən şirkət, 125 müxtəlif çeşiddə gündəlik 9 min ton makaron istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















