Bakcell yeni şüarını ictimaiyyətə təqdim etdi
“Bax nələr mümkündür”
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçdiyini elan edir.
“Bakcell təsis olunduğu gündən özünü qiymət və keyfiyyət nisbətinə önəm verən bir operator kimi təqdim edib. Müştərilərimizin ehtiyac və gözləntilərinin daim diqqət mərkəzində saxlanması bizi “Bakcell”in özünü ictimaiyyətə təqdimatını dəyişərək, onu daha fərqli və unikal etməyə ilhamlandırır. Zaman sürətlə dəyişir və dövrümüzün bütün çağırışlarına cavab vermək üçün biz zamanın nəbzini tutmalıyıq. Bu gün telekommunikasiya sahəsi daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəlib. Bu sahədə tərəqqi çox sürətlə gedir və texnoloji şirkət olaraq, biz müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına kömək edirik. Bakcell təkcə texnologiya, təkliflər, danışıq dəqiqələri və meqabaytlar deyil, həmçinin insanların həyatında etdiyi müsbət dəyişikliklərdir. Kommunikasiya dövrü düşündüklərimizdən daha artıqdır: o, bir çox müxtəlif imkanlar yaradır və bizim məqsədimiz insanların bu cür imkanlardan istifadə edə bilməsini asanlaşdırmaqdır. Beləliklə, “Bakcell”in yeni mövqeləndirmə strategiyasının məqsədi insanların həyatına daha çox fayda gətirmək, habelə kommunikasiya dövrünün təklif etdiyi müxtəlif imkanların müştərilərimiz tərəfindən mənimsənilməsini təmin etməkdir. Yeni “Bax nələr mümkündür” fəlsəfəsini rəhbər tutaraq, Bakcell şirkəti öz təkliflərini, innovasiyaları, xidmət və məhsullarını elə bir tərzdə təqdim etməyə çalışacaqdır ki, onlar insanların gündəlik həyatını, işini və asudə vaxtlarını ən müasir texnoloji yeniliklərlə əhatə etsin. Bu yeni mövqeləndirmədə əsas məqsəd telekommunikasiya sahəsində “Bakcell”i digər rəqiblərdən aydın şəkildə fərqləndirmək, müştəriyönümlü olmaq və onların gözləntilərinə cavab verməkdir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Telekommunikasiya sahəsinin getdikcə daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəldiyini nəzərə alaraq, Bakcell sadəcə çalışacaqdır ki, onun müştəriləri öz telefonları, bağlantıları, internet və sürətləri ilə edə biləcəkləri inanılmaz şeyləri görə bilsinlər.
“Bax nələr mümkündür” “Bakcell”in gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq və müştərilərin müsbət dəyişikliklərə və innovasiyalara olan ehtiyacını ünvanlayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
9 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
10 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"




















