Nəhəng layihə bu gün açılır!
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstanın Baş Naziri Giorgi Kvirikaşvilinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının keçiriləcəyi gözlənilir. 30 Oktyabrda Bakıdan ilk rəsmi qatar yola düşəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində daşınacaq yükün illik 50 milyon tona çatdırılması hədəflənir.
"Marja" xəbər verir ki, 2007-ci ildə tenderi keçirilmiş və 2008-ci ilin İyul ayında təməli qoyulan Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin 79 kilometri Türkiyədən, 246 kilometri Gürcüstandan, 504 kilometri isə Azərbaycandan keçir. Layihədə Türkiyədən Gürcüstana hərəkət tunel vasitəsilə təmin olunur. Tunelin 2 min 375 metri Türkiyə, 2 min 70 metri isə Gürcüstan ərazisindədir.
İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!
Yolu, Şərqi Marmara üzərindən Avropaya bağlayan dəmir yolu şəbəkəsi sayəsində Türkiyə ilə Asiya, Qafqaz və Avropa ölkələri arasında nəqliyyat daha asan olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu ilə beynəlxalq daşıma potensialı illik 50 milyon tona çatacaq.
Yolun istifadəyə verilməsilə 1 milyon sərnişin daşınacaq. Regiona məşğulluq, kommersiya baxımından "həyat verəcək" layihə, enerji sektorundakı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra hər üç ölkənin həyata keçirdiyi üçüncü böyük layihədir.
Londondan çıxan bir qatar Pekinə qədər hərəkət edə biləcək. "Dəmir İpək Yolu"nun marşrut üzərində olan ölkələrə çox ciddi əlavə dəyər yaradacağı gözlənilir. Dəmir yolu iqtisadiyyatları canlandıracaq, məhsulların xarici bazarlara asan və ucuz çatdırılmasına imkan verəcəkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 21 d. əvvəl
-
37 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"




















