Göyçayda yeni müəssisələr tikilir
Göyçay rayonunun iqtisadiyyatı üçün əhəmiyyəti olan bir sıra obyektlərin tikintisinə başlanılıb. Bu işlər özəl investisiyalar hesabına həyata keçirilir.
Belə ki, hazırda rayonun Yalman kəndində yerli iş adamının vəsaiti hesabına 2500 tonluq soyuducu anbar kompleksi, xurma qurutma və çeşidləmə müəssisəsi, logistik mərkəz inşa edilir. Yaxın vaxtlarda həmin ərazidə plastik və karton qablaşdırma müəssisəsi, meyvə kompotları istehsalı sexləri, soyuducu anbar kompleksləri də inşa olunacaq.
Həmçinin “AzNar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən özəlləşdirilmiş keçmiş pambıq əyirici fabrikinin bazasında hazırda yeni istehsal sahələrinin yaradılması istiqamətində yenidənqurma və uyğunlaşdırma işləri davam etdirilir. Bu məqsədlə fabrikin üçmərtəbəli inzibati və istehsalat korpuslarında əsaslı təmir işləri aparılıb. Yaxın müddətdə həmin fabrikdə meyvə qurudulması və karton materiallarının emalı sexləri, şərab istehsalı müəssisəsi və digər istehsal sahələri yaradılacaq. Cəmiyyətin ərazisində 2400 kvadratmetr ərazidə müasir tipli 2500 tonluq soyuducu anbarın tikilməsi nəzərdə tutulur. Yeni istehsal sahələrinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək üçün 2 min kvt gücündə paylayıcı elektrik məntəqəsi yaradılır, yeni istehsal sahələrinə xidmət edəcək ərazidaxili kommunikasiyalar yenidən qurulur.
Yerli iş adamlarının vəsaiti hesabına rayonda yeni xidmət sahələrinin yaradılması istiqamətində tədbirlər bununla yekunlaşmır. Bu yaxınlarda rayonun Cəyirli kəndinin ərazisində regionun ən iri tikinti materiallarının topdan və pərakəndə satış bazası istifadəyə verilib. Hazırda ərazidə inşa edilən “yaşıl market”in tikintisində son tamamlama işləri görülür. Həmçinin Göyçay şəhərində yeni avtovağzal binasının tikintisinə başlanılıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Göyçay rayonundan olan 8 sahibkarlıq subyektinə 1 milyon 295 min 700 manat güzəştli kredit verilib. Yerli sahibkarlar və iş adamları onlar üçün yaradılan əlverişli şəraitdən yararlanaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsində, əhalini narahat edən problemlərin həllində fəal iştirak edirlər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 2 d. əvvəl
-
-
41 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
59 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"

























