Büdcənin 20%-i bu sahələrə xərclənəcək
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və ya 4 milyard 68,3 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.
"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2 milyard 738,7 milyon manatı və ya 67,3 faizi (2017-ci ilə nisbətən 96,6 milyon manat və ya 3,7 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 329,5 milyon manatı və ya 32,7 faizi (2017-ci ilə nisbətən 105,8 milyon manat və ya 8,6 faiz çox) məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
26 d. əvvəl
Sığorta şirkəti 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub
-
-
13 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Ən çox oxunanlar
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb


























