İtirən banklar, qazanan menecerlər -"Bankı iflas etdirmək bahasına,..."

Əksər bankların açıqladığı məlumatlardan da görünür ki, hazırda verilən kreditlərin həcmi əvvəlki illərə nisbətdə dəfələrlə az olmasına və bankların gəlirlərinin cüzi olmasına (bəzi banklar isə ümumiyyətlə zərərlə işləyir) baxmayaraq bankların xərcləri olduğu kimi qalır.
“Demark” hüquq şirkətinin hüquqşünası Pərviz Məmmədov “Marja”ya təəssüflə bildirdi ki, bir çox banklar və kredit təşkilatları ehtiyac olmadığı halda hələ də bir çox departamentlərini və şöbələrini bankı iflas etdirmək bahasına olsa belə saxlamağa davam edirlər:
BAHALI VƏ ZƏRƏRLİ SEÇİM
“Bu günkü şəraitdə belə sturkturlara Korporativ və müqavilə hüququ üzrə işləri icra edən və əksər Banklarda Korporativ Hüquq Departamenti və ya Korporativ Hüquq İdarəsi adı altında fəaliyyət göstərən sturktur bölmələri aiddir. Adından da göründüyü kimi bu sahədə çalışan hüquqünaslar bankın Korporativ hüquq istiqaməti üzrə fəaliyyətini müşayiət edirlər. Hazırda bankların aktiv fəaliyyət göstərmədiyi bir dövrdə bu sahədə ayrıca şöbənin və ya departamentin saxlanılması çoxsaylı suallar doğurur. Eyni məsələ müqavilə hüququ üzrə banka xidmət göstərən şöbə və departamentlərə də aiddir. Bildiyimiz kimi, banklarda kredit ipoteka girov zaminlik bank hesabı bank əmanəti və s. bu tipli müqavilələr standart formada və məzmunda olur və əksər hallarda 2-3 ildən bir hansısa dəyişikliyə uğrayır. Bunun üçün bankın 2-3 il sabit maaşla şöbə və ya departament saxlaması çox bahalı və zərərli seçimdir. Qeyri-standart müqavilələr isə artıq uzun illərdir fəaliyyət göstərən banklarda formalaşmış nümunələr əsasında işlənilir bununla yanaşı zaman zaman tərtib edilməsinə və ya hüquqi ekspertizasına ehtiyac olan müqavilələri banklar outsource xidmətlər göstərən və bu sahədə geniş təcrübəsi olan ekspertlərin köməyi ilə də istifadə edə və təkmilləşdirə bilərlər”.
"30-A YAXIN HÜQUQŞUNAS SAXLAYIB 50 MİN MAAŞ ÖDƏYİRLƏR"
Hüquqşünasın sözlərinə görə, bankda hüquqşünaslar tərəfindən müşayiət edilən, korporativ qərar və protokolların idarə edilməsi prosesini isə 1 və ya 2 hüquqşünasın köməyi ilə təşkil etmək mümkündür.
“Digər bir məsələ isə, Problemli kreditlərin məhkəmə qaydasında yığılmasını həyata keçirən və əksər banklarda Məhkəmə və İcra İşləri Departamenti və ya İdarəsi adlandırılan strukturun fəaliyyətinin təşkili ilə bağlıdır. Kiçik araşdırmamız zamanı belə məlum olur ki, bir çox banklarda məhkəmə işlərini idarə etmək üçün 30-a yaxın hüquqşünas ştatı saxlanılır. Bu və bu ştatların saxlanılmasına çəkilən sabit xərclər orta hesabla ayda 40 000 – 50 000 manat təşkil edir. Bu sahədə outsource xidmətlərdən istifadə etməklə banklar xərclərini təxminən 2-3 dəfə azalda bilərlər. Lakin məlum olmayan səbəblərdən banklarda problemli aktivlərin idarəedilməsi işinə mütəmadi olaraq işçilər cəlb olunur onlara şişirdilmiş əmək haqqları və əməliyyat xərcləri sərf olunur.
Xarici təcürbəni araşdırarkən də məlum olur ki, bizə ən yaxın bankçılıq sistemləri olan Rusiya və Türkiyə bankları soft hard və leqal kollekşn üzrə ən az 3-5 bəzi hallarda isə 100 dən artıq şirkətlə əməkdaşlıq edirlər və yaradılmış rəqabət mühitində çox yüksək nəticələr əldə edirlər. Belə ki, hansı şirkət daha çox yığım edirsə o şirkətə verilən protfel həcmi də artırılır.
Bu təcrübənin digər bir üstünlüyü isə sabit xərclərin minimuma endirilməsi və yalnız geri bərpa olunan məbləğdən müəyyən faizlə xidmət haqqının ödənilməsidir.
Belə olan halda bank həm də ofis, texniki avadanlıq, dəftərxana ləvazimatları məzuniyyət və ezamiyyə xərclərindən da azad olmuş olur".
Pərviz Məmmədov dedi ki, yuxarıda sadaladığımız məqamlar bir daha onu göstərir ki, səhmdarların bilavasitə marağında olan bu sxemin yerli banklar tərəfindən tətbiq edilməməsinin səbəbi daha çox bankların orta səviyyə menecerləinin maraqlarını pozur onların maaş və bonuslarına mənfi təsir göstərir. Əksər hallarda bu sahəyə nəzarət edən menecerlər öz ştat saylarını artırmaqla əlavə şöbə və departamentləri yaratmaqla bankda nüfuzlarını və gəlirlərini artırmağa çalışırlar.
Son nəticədə itirən isə səhmdarlar əmanətçilər olur.
Pərviz Məmmədov
https://www.facebook.com/pymammadov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
