Mənzil bazarında qiymətlər necə olacaq?
“2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə təkrar mənzil bazarında periodik olaraq qiymətlərin azalması müşahidə olunub”.
Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
R.Osmalı bildirib ki, ötən ilin əvvəllərində, xüsusilə də birinci yarısında qiymət azalması daha dinamik olub: “Ay ərzində təqribən 3-5 faiz arasında qiymət dəyişməsi baş verdi, amma yay aylarında qiymət stabilləşdi, ilin sonlarında isə nisbi qiymət azalmaları müşahidə olundu. Ümumilikdə ötən il ərzində təkrar mənzil bazarında illik qiymət azalması təqribən 22 faiz civarındadır”.
Yeni tikilən mənzil bazarına gəlincə isə, R.Osmanlı bildirib ki, bu sahədə qiymət azalması müşahidə olunmayıb, əksinə qiymətlər artıb: “Yeni tikililərdə də təkrar bazar var, çünki şirkətlər mənzilləri satır və sonradan həmin mənzillər təkrar alqı-satqıya cəlb olunur. Şirkət tərəfindən satılan mənzillərdə qiymət azalması müşahidə olunmur. Yəni qiymətlər stabildir, hətta ötən 3 illik göstəricilərə nəzər salsaq, qiymətlərin artımı müşahidə olunub. Şəhərin müxtəlif əraziləri üzrə 1 kvadrat metr üçün qiymətlərdə 40-50 faiz, bəlkə də daha çox artım müşahidə olunur”.
Ekspert bildirib ki, il ərzində həm təkrar, həm də yeni mənzil bazarında aktivlik çox aşağı səviyyədə olub: “Hər iki istiqamət üzrə əməliyyatların sayında kəskin azalmalar var. İlkin ehtimallara görə, alqı-satqı əməliyyatlarının sayında təqribən 30 faizdən çox azalma olub”.
Sosial mənzillərin tikintisinin mənzil bazarında qiymətlərə necə təsir edəcəyinə gəlincə isə, ekspert prosesin ümumi mənzil bazarına təsir etməyəcəyi qənaətindədir: “Sosial mənzillərin qiymətlərin azalmasına təsir edəcəyi barədə fikirlərlə razılaşmıram. Çünki sosial mənzillərin sayı ümumi mənzil dövriyyəsinin təqribən bir aylıq göstəricisindən bir neçə dəfə azdır. Belə olan halda sosial mənzillərin bazarda qiymətlərə hər hansı bir təsir göstərəcəyini düşünmürəm. Eyni zamanda nəzərə alsaq ki, bu mənzillər müəyyən kateqoriyaya aid olan insanlara veriləcək, eyni zamanda mənzil aldındıqdan sonra 3 il ərzində alqı-satqı predmeti ola bilməz, bu baxımdan sosial mənzillərin bazarda istər qiymətə, istər ümumi dinamikaya hər hansı bir təsir göstərəcəyini düşünmürəm”.
R.Osmanlı əlavə edib ki, bu il mənzil bazarında qiymətlərin necə olacağı haqqında danışmaq hələ tezdir: “Mənzil bazarı daha çox makroiqtisadi amillərə bağlı olan bir bazardr. Burada tendensiyanın dəyişməsi üçün ölkə üzrə makroiqtisadi göstəricilərin müsbətə doğru dəyişməsi lazımdır. Ən azından ölkədə gəlirlər kəskin şəkildə artmalı, eyni zamanda manat sabitləşməlidir. Manatın məzənnəsi sabitləşmədiyi dövrdə bazarda əməliyyatların sayı azalan xətt üzrə davam edəcək”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















