Azərbaycana hər il 864 milyon dollar gəlir gətirəcək zavodun tikintisi başa çatır
Gələn il Azərbaycan dövlətinin “Star” layihəsindəki iştirak payının artırılması məsələsi müzakirə olunur.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli Sərəncamı ilə “SOCAR Türkiyə Ege” neft emalı zavodu layihəsi (“Star”) ilə əlaqədar yaradılmış “SOCAR Türkiyə Yatırım A.Ş.”nin nizamnamə kapitalının həcmi 2 milyard 412 milyon ABŞ dollarından 3 milyard 482 milyon dollara qədər artırılıb. O cümlədən, “SOCAR Türkiyə Yatırım A.Ş.”nin dövlət mülkiyyətində olan və İqtisadiyyat Nazirliyinə məxsus 40 faizlik səhm payının dəyəri də 964,8 milyon ABŞ dollarından 1 milyard 392,8 milyon dollaradək artırılıb. Dövlət Neft Fondunun büdcəsinin icrası çərçivəsində 2013-2016-cı illər ərzində 960,2 milyon ABŞ dolları məbləğində vəsait “Star” layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilib. Cari ildə ARDNF-in 2017-ci il büdcəsi çərçivəsində fond tərəfindən bu məqsədlə 432,6 milyon ABŞ dolları və yaxud 744 milyon 72 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti ildə dövlətin bu layihədəki iştirak payının artırılması məsələsi müzakirə edilir. Belə qərar verilərsə, bu payın maliyyələşdirilməsi ARDNF tərəfindən təmin ediləcək.
Qeyd edək ki, SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunda layihə işlərinin 95 faizi görülüb. “Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 il ərzində isə “Star”dan hər il 864 milyon dollar əməliyyat gəlirinin gəlməsi gözlənilir.
“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun tikintisi “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
4 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
4 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















