Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir
2017-ci ilin 9 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Marja" xəbər verir ki, 2017-ci ilin yanvar-iyul və yanvar-avqust aylarında da (7 və 8 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 2 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 124 ədəd təşkil edib.
01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi.
Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bi neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2017-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 1 035 | 146,0 | 4 |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 2 270 | 196,2 | 289 |
Yük avtomobilləri, ədəd | 6 | 1,6 | 2 |
Minik avtomobilləri, ədəd | 30 | 21,3 | 124 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 2 | 0,7 | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir


















