Eyyub Hüseynov “Azərsun” çayları barədə sözlərini geri götürdü
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Azərsun Holding”in istehsalı olan çaylar barədə işlətdiyi ifadələri geri götürüb.
Xatırladaq ki, Eyyub Hüseynov demişdi:
“Bildirmək istəyirəm ki, böyük çay istehsalçısı kimi tanınan “Azərsun Holding”in istehsal etdiyi bütün çaylar xaricdən idxal edilir. Çaylar xaricdə yığılır, qurudulur və Azərbaycana gətirilir. Ölkəmizdə yalnız qablaşdırma həyata keçirilir.
Biz dəfələrlə o çay fabrikində olub rənglənmə məsələsini öyrənmək istəmişik. Həmin vaxt məlum olub ki, “Azərsun”un çayları Azərbaycanda qablaşdırılır. Ona görə də rənglənmə amilini araşdıra bilməmişik”.
“AZƏRSUN HOLDİNQ”İN ÇAYLARINDAN İSTİFADƏ MƏSLƏHƏT GÖRÜLÜR”
Bu gün Eyyub Hüseynov, “AİİB çaylara dair əlavə məlumat əldə etmişdir, tədqiqat davam edir” başlıqlı açıqlamasını “Marja”ya təqdim edib.
Açıqlamada deyilir:
"Azərbaycanın çay bazarındakı vəziyyətlə bağlı mətbuatda yayımlanan müsahibəmdə yer alan yanlış məqamlarla aydınlıq gətirmək istəyirəm. İlk olaraq, onu söyləyim ki, “Azərsun Holdinq”in çayı yalnız xaricdən idxal etməsi ilə bağlı verdiyim məlumat həqiqəti əks etdirmir. Ölkədə yerli fermerlər tərəfindən yetişdirilən çayın təxminən 90 faizi məhz “Azərsun” tərəfindən satın alınır. Bundan əlavə bu Şirkətlər Qrupunun Lənkəran və Astarada çay plantasiyaları mövcuddur. Masallıda isə bir neçə il öncə 100 hektar sahəsi olan yeni çay plantasiyası salınıb ki, bu da yaxın illərdə xammalın yerli məhsul hesabına təmin edilməsinin həcmini daha da artıracaq. “Azərsun Holdinq”in Astarada və Lənkəranda çay fabrikləri fəaliyyət göstərir və çayçılığın geniş yayıldığı bütün cənub bölgəsindən fermerlərdən çay toplayaraq qurudulması həyata keçirilir, məhsul istehsal üçün Bakıda yerləşən fabrikə göndərilir.Burada isə qurudulmuş çay qablaşdırılaraq istehlakçılara təqdim edilir.
Aydınlıq gətirmək istədiyim digər məqam isə çayın rənglənməsi ilə bağlı olan açıqlamadır. Qeyd etmək istəyirəm ki, dünyada çayın rənglənməsi praktikası yoxdur. Bu məhsul tərkibindəki təbii maddələr hesabına rəng alır. Beləliklə nəticə olaraq qeyd etmək istəyirəm ki, bu günlərdə verdiyim açıqlama anlaşılmazlığa səbəb olub, əksinə, başqa brendlərlə yanaşı “Azərsun Holdinq”in çaylarından istifadə etmək məsləhət görülür. Bütün istehlakçılardan bu məqamları nəzərə almağı, jurnalistlərdən isə daha öncə verdiyim açıqlamaya bu məlumatı əlavə etməyi xahiş edirəm. Çaylara dair ilginc bilikləri olan insanları təşkilatımıza dəvət edirəm ki, çaylara dair tədqiqatlarımızı davam etdirək.
Eyyub Hüseynovun müsahibəsi: http://marja.az/news/14340
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 5 d. əvvəl
-
- 35 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
11 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub














.jpg)




