"Əgər tam qeydiyyat aparılsa, ixracımız daha çox olar"
"Aparılan iqtisadi islahatların nəticəsidir ki, Azərbaycanın regionlarına artıq 1,7 mlrd. manat yatırılıb".
Bunu bu gün Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavini qeyd edib ki, bu investisiya layihələrinin 80-ə yaxını artıq icra edilib: "Bu investisiyalar nizamnamə kapitalı şəklində yatırılıb və həmin vəsaitlərin 30-35%-i sahibkarın öz vəsaiti, qalanı isə borclanma hesabınadır. Kredit faizləri aşağı düşdükcə bu borclanma məsələləri də öz qaydasına düşəcək".
Nazir müavini əlavə edib ki, bəzən ixrac edilən məhsulların qeydiyyatı tam aparılmır: "Bu ilin ilk 8 ayında ixrac 30% artıb. Bu rəqəm çox əhəmiyyətlidir. Bəzən ixrac edilən məhsulların tam qeydiyyatı aparılmır. Əgər tam qeydiyyat aparılsa, bu rəqəm daha çox olar".
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























