Dünyada şəkilləndirilmiş meyvə-tərəvəzlərə tələb artır
Türkiyədə də ürək, kvadrat və ulduz şəklində qarpız, qovun, alma, limon və xiyarın istehsalına başlanıb. İstehsalı həyata keçirən iş adamı tələbin ardığı Qətər və İtaliya bazarlarına çıxarmağı hədəfləyir.
"Marja"xəbər verir ki, dünyada şəkilləndirilmiş (formalı) meyvə bazarında Yaponiya və ABŞ şirkətləri liderdir. İstehsal və ixracda hökmranlıq edən bu ölkələr ilə bərabər Türkiyənin də bu bazara sevindirici haldır.
İtaliya və Qətərdən sifariş alan türkiyəli sahibkar, digər Avropa və Körfəz ölkələrinə ixrac üçün danışıqlarını davam etdirir.
İş adamı İsmail Yanarateş verdiyi açıqlamada, əlavə dəyəri aşağı bir məhsulun, əlavə dəyəri yüksək ixracat məhsulu halına gətirdiklərini və yüzlərlə adama məşğulluq təmin etdiklərini bildirib.
Yanarateş, 2 milyon lirəlik araşdırma investisiyası və 4 illik iş nəticəsində Terkiyədə ürək, kvadrat və ulduz şəklindəki PVC meyvə-tərəvəz qəliblərinə patent alıb.
Yanarateş, Adanada limon, İstanbulda yemiş, qarpız və xiyar, Mersin, Kahramanmaraş və Niğdedə alma, Osmaniyedə də qovun və qarpız istehsal etdiklərinə diqqəti çəkib.
Türkiyənin şəkilləndirilmiş meyvə-tərəvəz bazarına öz məhsulları ilə daxil olduğunu vurğulayan Yanarateş, belə davam edib.
"Yaponiya səyahətim zamanı formalı meyvələri görmüşdüm. Bu məhsullar Rusiya, Avropa və Körfəz ölkələrinə ixrac edilir. Yaponiya və Amerika bu bazara hakim vəziyyətdədir. "Türkiyə nə üçün olmasın?"- deyə düşündüm. Ölkəmiz, coğrafi mövqe etibarilə bazarlara çox yaxındır. Bu səbəblərlə istehsala başladıq. Beləliklə, dünyada 2,5 milyard dollarlıq ixracat həcminə malik şəkilli meyvə bazarında Türkiyə də yerini alacaq. Hazırda İtaliya və Qətərlə danışıqlarımız davam edir. Ən yaxın zamanda ixraca başlamağı istəyirik".
Yanarateş, məhsullarını ədəd olaraq satışa təqdim etdiklərini bildirərək, ürək və kvadrat şəkilli qovun və qarpızın 180, almanın 23, limonun 20, ürək və ulduz şəklindəki xiyarın isə 7 lirədən daxili bazarda satıldığını deyib.
Yanarateş, "Hansı meyvə hansı rayonda daha keyfiyyətli istehsal edilirsə istehsalı orada həyata keçiririk. Təbii üsullarla istehsal edirik. Türkiyədə şəkilləndirilmiş meyvə istehsalına ilk biz başlamışıq və hazırda başqa istehsalçı yoxdur. Buna görə də çox xoşbəxtik. Türkiyənin kənd təsərrüfatında cığır açdığımızı hesab edirik", -deyə bildirib.
Məhsullarının, görkəmli market, restoran və mehmanxanalarda yer aldığını bildirən Yanarateş, "Bu məhsullar yemək təqdimatında istifadə edir. Marketlərdən və onlayn satış saytımızdan satın alınaraq hədiyyə məqsədli də istifadə etmək olar. İldə orta hesabla 60 min ədəd qarpız-yemiş, 20 min ədəd limon və alma,100 min ədəd xiyar istehsal edirik", - ifadələrini istifadə etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
31 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
8 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)









