Xarici investor məhkəmələrin ədalətsiz olduğuna işarə etdi
"Finca Azərbaycan"ın direktoru: Məhkəmələrdə bərabər şərait yaradılmalıdır. Məhkəmə qərarlarının icrasında çətinliklər ilə üzləşirik
“Mikro maliyyə sektoru qarşısında çağırışlar çoxdur. Çünki müştərilərimizin əksəriyyəti 2015-ci ilin sonundan baş verən iqtisadi dönüşlər nəticəsində əziyyətlə üzləşiblər. Nəzərdə tutulan uzunmüddətli həllər ilə bərabər, bank olmayan kredit təşkilatları üçün qısamüddətli həllər də tapılmalıdır.”
“Marja” xəbər verir ki, bunu “Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı konfransda “Finca Azərbaycan” Bank Olmayan Kredit Təşkilatının İcraçı direktoru Timoti Tarrant deyib.
“Fəal müştərilərimizin sayı 200 mindən aşağı səviyyəyə düşmüşdür. Kiçik bizneslərin maliyyələşməsi üçün likvid vəsaitlərin məbləği 1 milyard manat azalıb. Bu 50% azalma deməkdir. Mövcud çağrışlara gəldikdə biz qısa müddətə də nəzər salmalıyıq. Bu gün biz uzunmüddətli həllərdən danışırıq. Bunlar əlbəttə müəyyən məsələləri vəd edir. Amma biz qısamüddətli çözümləri də tapmalıyıq. Təcili müəyyən addımlar atılmalıdır. Biz inanırıq ki, qısamüddət ərzində irəliləyişlər əldə etmək olar”,- o bildirib.
Timoti Tarrant bir neçə təkliflərini də səsləndirib:
-Mikromaliyyə təşkilatları ilə bağlı aydın strategiya olmalıdır. Biz bu strategiya ilə qeyri-neft iqtisadiyyatını inkişaf etdirməli və iş yerləri yaratmalıyıq. Starategiya kiçik fəaliyyətlə məşğul olan insanların maliyyəyə asan çıxışını təmin etməlidir,
-Həmçinin kiçik bizneslərin, fermerlərin gəlir imkanlarının artırılmasına yönəlmiş tədbirlər planımız olmalıdır. Kiçik bizneslər kənd yerlərində gəlirin təmin edilməsi baxımından əsas mənbələrdən biridir,
- BOKT-ların üçün vergi güzəştləri olmalıdır. Biz bunu gözləyirik,
-Kredit sahəsində reallıq nəzərə alınmalıdır. Son 10 il əzində bizdə qeyri-işlək kreditlər var idi. Amma bu gün qeyri-işlək kreditlər kəskin artıbdır. Bu məsələ ilə mübarizə aparılmalıdır,
-Məhkəmə sistemində, məhkəmə qərarlarının yerinə yetirilmsində (icrasında) yaşadığımız sıxıntılar aradan qaldırılmalıdır. Məhkəmələrdə bərabər şərait yaradılmalıdır. Bizim üçün əsas məsələ məhkəmə prosesinin hər bir mərhələsində iştirakçıların hər biri ilə bərabər rəftarın təmin edilmsindən ibarətdir. Xüsusilə mikromaliyyə təşkilatlarından söhbət gedirsə, zənnimizcə, bizim işimizdə məhkəmə prosesi ümumiyyətlə aradan qaldırılmalıdır. Məhkəmədən kənar (arbitiraj daola bilər) qərarın çıxarılması mexanizmləri təmin edilməlidir,
-Girovu çox sadə şəkildə qəbul ediriksə, o zaman girovla bağlı müvafiq məsələlər təmin edilməlidir. Azərbaycan işhgüzar bir məkan kimi özünü nümayiş etdirə bilsin.
“Finca Azərbaycan”ın direktoru çıxışını Çörçilin sözü ilə yekunlaşdırıb: "Böhranı əldən buraxmayın, böhran sizi daha güclü edəcəkdir! Biz xarici investorlar olaraq ümid edirik ki, Azərbaycanda müsbət dəyişikliklər görəcəyik".
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən “FINCA Azerbaijan” Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. “FINCA Azerbaijan” “FINCA Impact Finance” Şəbəkəsinin bir qoludur. “FINCA Azerbaijan” 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
7 d. əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
-
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
8 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək


























