Avtomobillər ilə bağlı icbari sığortada 20 faizdən çox artımlar
Cari ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 86 186 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır.
İcbari Sığorta Bürosundan "Marja" daxil olmuş məlumata görə, bunlardan 13 920 xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olmuşdur.
Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 834 654 manat təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24% artım, sığorta haqlarının məbləğində isə 21% artım müşahidə edilmişdir.
1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
-
- 16 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
Rəsmi məzənnələr açıqlandı
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur














.jpg)









