Dövlət şirkətinə Baş direktor təyin edilib
Elxan Əzizov Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Baş direktoru təyin edilib.
Bu barədə Marja.az "AzInTelecom" şirkətinin veb-saytında yerləşdirilən məlumata istinadən xəbər verir.
Bu təyinatədək Elxan Əzizov Baş direktor vəzifəsinin müvəqqəti icra edirdi.
Elxan Əzizov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət idarəçiliyi ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində Biznesin idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib. E.Əzizov əmək fəaliyyətinə Nərimanov Rayon İcra Hakimiyyətində başlayıb, daha sonra “Edumedia – Azərbaycan” şirkətinin Baş direktoru, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini işləyib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin geniş spektri əhatə edən xidmətləri mövcuddur. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. “AzInTelecom” MMC (Azerbaijan International Telecom) şirkət strategiyasını müasir rəqəmsal həllər təklif edərək müştərilərin ehtiyaclarını qarşılamaq üzərində qurub. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar, kibertəhlükəsizlik həlləri, IT konsultasiya və monitorinq xidmətləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə AzInTelecom, müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində ən müasir texnologiyaları təqdim etməklə, iş dünyasında innovasiyalara liderlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 34 d. əvvəl
-
55 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























