Bank Respublika “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” seçildi!
Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!(®) Bakıda “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə V Aqrobiznesin İnkişafı Forumu keçirilib.
Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, nazirliklərin tabeli qurumlarının, ölkədə fəaliyyət göstərən bankların, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə aqrobiznesin inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi, iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik fonunda dayanıqlığın gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Eyni zamanda rəqəmsal transformasiya və süni intellektin dövlət xidmətlərinin təkmilləşdirilməsində, məlumatlara əsaslanan qərarların qəbulunda və fermerlərin iqlimə davamlı kənd təsərrüfatına keçidində rolu diqqət mərkəzində saxlanılıb.
Forum çərçivəsində aqrar sahənin maliyyələşdirilməsi istiqamətində göstərdiyi davamlı və fəal dəstəyə görə Bank Respublika “Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank” nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, Bank Respublika artıq 4-cü ildir ardıcıl olaraq bu mükafata layiq görülür. Bu göstərici Bankın ölkədə aqrar sektorun inkişafına, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsinə və güzəştli kredit mexanizmlərinin effektiv tətbiqinə verdiyi davamlı töhfənin bariz nümunəsidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)











